Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mənə dedi ki, o nazir, o da sən... get nazir sənə iş versin" - GİLEY
Tarix: 16-04-2021 | Saat: 10:59
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Aktual | çapa göndər

Ötən yayımlarımızdan Ağsu rayon Abasxanlı kənd sakini Məmmədzadə Cavidin işsizlikdən və yerli İcra orqanlarından narazılığını yəqin ki, bir çoxunuz xatırlayırsınız.
Qısaca xatırladaq ki, Məmmədzadə Cavid tikintidə fəhlə kimi çalışarkən yıxılıb qolundan ciddi zədə alandan işsizdir. Anası, bacıları və bacısının azyaşlı övladlarından ibarət 7 nəfərlik ailənin bütün məsuliyyəti təkcə onun üzərindədir. Qolundan aldığı zədə səbəbindən daha tikinti sahəsində fəhlə işləyə bilmir. O heçolmasa anasının kənddə hər hansı bir işlə təmin olunması üçün müxtəlif yerli idarələrə müraciət edib.
Lakin, təəssüflər olsun ki, ötən yazımızda da vurğuladığımız kimi rayonda, kənddə olan "vəzifə monopoliyası" onun iş tapmaq arzusunu mümkünsüz edib.



Əlacsız qalan Ağsu rayon Abasxanlı kənd sakini Məmmədzadə Cavid Mart ayının 15-də Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev Ağsu rayonunda olarkən nazirə yaxınlaşıb, ondan da kömək istəyib. Nazir Muxtar Babayev Cavidi dinlədikdən sonra, ona lazımi köməkliklər göstərilməsi üçün tapşırıq verəcəyini deyib.
Lakin, ordan da nəticə görməyincə ümidi kəsilən Cavid Məmmədzadə yenidən Ağsu rayon İcra Hakimiyyətinə üz tutub.
İcra Hakimiyyəti başçısı vəzifəsi hələ də boş olduğu üçün, başçının səlahiyyətlərini yerinə yetirmək məsuliyyətini daşıyan birinci müavin Fizuli Kərimli onu dinləyib, cavab verib ki, "nazirə yaxınlaşıb iş istəmisən. İndi o nazir, o da sən. Get nazir sənə iş versin."
Məmurun vətəndaşa qarşı bu cür münasibəti, bu cür kobud cavabı onun fəaliyyətinin, vəzifəsini necə icra etdiyinin güzgüsüdür desək yanılmarıq.

Yerli İcra orqanlarından, həmçinin nazirdən ümidləri puça çıxan Cavid də bütün çarəsiz vətəndaşlar kimi Prezidentə üz tutub, ondan kömək istəyir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
//DogruXeber.az//



1068 dəfə oxunub.

Digər xəbərlər
16-05-2021
bütün xəbərlər
____ Instagram ___