Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlunun odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alması və aldığı xəsarətdən 15.04.2021-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranmışdır.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Abşeronda güllələnən yeniyetmə oğlan ÖLDÜ
Tarix: 16-04-2021 | Saat: 10:37
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
4848 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-04-2021 | Saat: 10:37
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
25-02-2016, 14:16
Cəbhədən son xəbər
15-08-2022, 12:45
Bakıda qadını müdafiə etmək istəyən qazi qətlə yetirildi - qatil saxlanıldı - TƏFƏRRÜAT - YENİLƏNİB
22-07-2019, 07:02
Azərbaycan milli mətbuatı- 144 yaşında
30-12-2017, 14:42
Putin İlham Əliyevi təbrik edib
4-04-2016, 13:02
Şəhidimiz dəfn edildi - FOTOLAR
17-09-2020, 23:19
Dinlənilməyən mobil telefonlar məlum oldu
12-03-2017, 14:11
Fikrət Qocaya ağır itki - Oğlu faciəvi şəkildə öldü
16-11-2017, 11:15
DƏHŞƏT: Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər
14-03-2017, 15:42
4 ədəd dəfnə yarpağını xalçanın altına qoyun! nəticəyə heyran qalacaqsınız! Bütün xəyallarınız gerçək olacaq!