Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda dəhşətli QƏTL: Sərxoş halda yataq otağına girib...
Tarix: 06-04-2021 | Saat: 14:52
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda dəhşətli QƏTL:Sərxoş halda yataq otağına girib...

2017-ci il noyabrın 7-də DİN "102" xidmətindən Sabunçu RPİ 12-ci PŞ-nə inzibati ərazidə qətl baş verməsi barədə məlumat verilib.
"Xeberaz.Az"   BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə yerinə baxış zamanı Sabunçu qəsəbəsi, Xətai küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxində Nazim Vəliyevin qətl əlamətləri ilə olan meyiti aşkar edilib və otaqda olan əşyaların qana bulaşdığı müəyyən edilib.
Qan ləkələrindən nümunələr, habelə cinayətin aləti olan maye qaz balonu, şüşə güldanın sınıq hissələri və çapacaq götürülüb. Şübhəli şəxs qismində mərhumun arvadı Tünzalə Vəliyeva (1994-cü il təv.) saxlanılıb.
Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə сinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, Nazim Vəliyevin ölümünə təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları ilə əlaqədar beyin maddəsinə qansızma səbəb olub. Meyitindən götürülmüş qanda 0,7% qatılığında etil spirtli aşkar edilib.
İstintaqla müəyyən edilib ki, Tünzalə Vəliyeva rəsmi nikahda olduğu Nazim Vəliyevin mütəmadi olaraq sərxoş halda evə gəlib azyaşlı övladlarının gözləri önündə onа qarşı amansız və əxlaqsız hərəkətlərə yol verdiyinə görə qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə noyabrın 7-si saat 21 radələrində birgə yaşadıqları Xətai küçəsi, ev 27 ünvanında sonuncunun onun anası Təranə Alsəfərovanı nalayiq söyüşlərlə təhqir etməsi və döyməsindən qəzəblənərək mətbəxdən götürdüyü çapacaqla Nazim Vəliyevin alın nahiyəsindən bir neçə dəfə zərbə endirərək ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib.
Zərbələrin sonuncuya təsir etmədiyini görən Tünzalə Vəliyeva evin qonaq otağından götürdüyü şüşə güldanı yoldaşının ənsə nahiyəsinə endirərək onu üzü üstə yerə yıxıb. Kürək nahiyəsində dayanaraq müstəsna dərəcədə qəddarlıqla mətbəxdən götürdüyü kiçik ölçülü maye qaz balonu ilə Nazim Vəliyevin başına çoxsaylı zərbələr vurub. Bununla da zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Tünzalə Vəliyeva bildirib ki, 2014-cü ildə Nazim Vəliyevlə evləndikdən sonra onlar Sabunçu qəsəbəsində, qayınanası Aybənizə məxsus evdə yaşamağa başlayıblar. Həmin ilin avqust ayında atasının maddi köməkliyi ilə Nazim Aybənizə məxsus evin yanında 2 otaqlı ev tikdirib. Onların 2 övladı dünyaya gəlib. Nazim yerli şirkətlərin birində operator işləyib, еvliliyin ilk 3 ayında münasibətləri yaxşı olub.
О, ilk vaxtlar az miqdarda spirtli içki qəbul etsə də, sonradan mütəmadi olaraq evə sərxoş halda gəlməyə, daimi onu döyməyə və qızını incitməyə başlayıb. Buna görə uşaqları Nazimdən qorxub, sonuncu evə gələrkən qaçıb başqa otaqlarda gizləniblər. Uşaqlar ağladıqda və ya səs-küy saldıqda ataları onlarla pis rəftar edib, qızın bədəninin bir neçə yerini çəkdiyi siqaretin kötüyü ilə yandırıb. Nazimin onu bir neçə dəfə döyməsi ilə bağlı evə təcili tibbi yardım briqadası gəlib. Tünzalə Nazim və Aybənizdən qorxduğu üçün həkimlərə baş verənlər barədə düzgün məlumat verməyərək övladının yıxıldığını deyib. Nazim dəfələrlə polis tərəfindən cərimə olunduğunu deyərək bu adla ondan pul istəyib.
Yoldaşı hər dəfə pula ehtiyacı olanda evə gələrək onu incidib, amansızcasına döyərək ondan pul tapmağını tələb edib. O da hər dəfə anası Təranədən 50, yaxud 100 manat pul alaraq Nazimə verməyə məcbur olub. 2017-ci il oktyabrın 16-sı gecə saat 1 radələrində əri sərxoş halda yataq otağına girib, yatdıqlarını görüb, onun saçından tutaraq çarpayıdan qaldırıb və nə üçün yatdığını soruşub. Tünzalə isə Nazimə yalvararaq yüksək səslə danışıb uşaqları oyatmamasını xahiş edib. Qorxduğu üçün yoldaşının əxlaqsız hərəkətlərinə etiraz edə bilməyib, onun ağladığını görən oğlu yuxudan oyanıb, qorxudan ağlamağa başlayıb.
Artıq cana yığıldığı üçün həkimlərə Nazimin onu döydüyünü bildirib, həkimlər də bu barədə polisə məlumat verəcəklərini deyibər. Həkimlər getdikdən sonra yoldaşı polisə məlumat verdiyi üçün onu günahlandırıb, stulu başına çırpıb. Özünü müdafiə etmək üçün qollarını üzünə tutduqda zərbədən sağ qolu sınıb. Aybəniz də Nazimi qızışdırıb onun artıq həmin evdə yaşaya bilməyəcəyini, təcili boşanmalı olduqlarını bildirib. Bu vaxt əri onu öldürəcəyini deyərək bıçaq götürmək üçün mətbəxə keçib, Tünzalə isə qorxusundan küçəyə qaçıb. Təxminən 20 m uzaqlaşdıqdan sonra, Nazim ona çatıb və yerə yıxaraq başını asfalta vurmağa başlayıb.
Evlərinə yenidən təcili tibbi yardım briqadası çağırılıb, onlarla yanaşı polis əməkdaşları da gəlib. Xəstəxanada onun sınıq qoluna gips sarğısı qoyulub. Növbəti gün 12-ci polis şöbəsinə dəvət olunub və baş vermiş hadisə barədə yazılı izahat verib. Nazim barəsində araşdırma başlanılıb. Bu hadisədən sonra qorxduğu üçün anası hər axşam evinə gələrək onunla birlikdə qalıb. Noyabrın 7-si saat 20 radələrində əri yenə sərxoş halda evə gələrək qonaq otağının qapısını təpiklə açıb. O, uşaqların qorxduğunu dedikdə Nazim üstünə yeriyərək boğazından tutub onu divara çırpıb, sonra bədənini silkələyərək bir neçə dəfə divara vurub. Başı divara möhkəm dəydiyi üçün Tünzalə müvazinətini itirib və yerə yıxılıb.
Sonra anasına yumruq atıb və qadını çəkib mətbəx otağına aparıb. Qışqırıq səsini eşidən Tünzalə sonuncunu müdafiə etmək üçün çapacaqla Nazimin başına dəfələrlə zərbə endirib. Zərbələrin ərinə təsir etmədiyini, anasını yenə buraxmadığını gördükdə o, çapacağı yerə atıb və qonaq otağına keçib, komodun üzərindəki şüşə güldanı götürüb. Qayıdıb güldanla bir dəfə güclü zərbə vurub, qab parçalanaraq yerə tökülüb. Zərbədən sonra Nazim yerə yıxılıb, qadın isə altında qalıb.
Buna baxmayaraq, yoldaşı anasından əl çəkməyib, qolunu dişləməkdə davam edib. Mətbəx qapısının yanında olan kiçik ölçülü maye qaz balonunu iki əli ilə götürüb Nazimin başına bir neçə dəfə zərbə endirib. Yoldaşının xırıldadığını görüb onun hələ də ölmədiyini gördükdə mətbəxdə əlinə keçən bıçağı sol əlinə alıb. Həmin an bacısı Gülnarə içəri girib və qışqıraraq nə baş verdiyini soruşub. Tünzalə hadisənin təsirindən şok keçirdiyi üçün ona cavab verə bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Namiq Vəliyev ifadəsində göstərib ki, 2017-ci ilin oktyabr ayında Nazim mübahisə zamanı Tünzalənin qolunu sındırıb. Qadın yoldaşı barəsində polisə şikayət etdiyi üçün onların münasibəti daha da pisləşib. O, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən kafedə işlədiyi üçün noyabrın 7-də bütün gün işdə olub. Saat 21 radələrində anası Aybəniz zəng edərək onu evə çağırıb. Evlərinin qarşısına çatanda məhəllə sakinlərini və polis əməkdaşlarını görüb. Аnasından hadisənin necə baş verdiyini soruşduqda o, Tünzalənin bacısı və öz anası ilə Nazimi öldürdüklərini deyib.
Şahid Aybəniz Vəliyeva bildirib ki, Tünzalə ilə Nazim evli olduqları müddətdə qətiyyən yola getməyiblər, hər xırda məsələnin üstündə mübahisə ediblər. Oğlu bir az spirtli içki düşkünü olub və əsasən evə sərxoş halda gələndə arvadı ilə dalaşıb. Münaqişələr vaxtı Nazim Tünzaləni sadəcə söyüb, bəzən isə onu 1-2 dəfə vurub. Gəlinində ürəkgetmə olduğu üçün Nazim üstünə qışqıran kimi halı pisləşib, buna görə də evə tez-tez “təcili tibbi yardım” briqadası çağırıblar.
Noyabrın 7-də Nazim evdə tikinti işləri görmək üçün tanımadığı bir fəhlə ilə alınmış materialı həyətə daşıyıb. Aybəniz Vəliyeva gün ərzində evdə olduğundan küçədə nələrin baş verdiyini görməyib. Saat 21 radələrində oğlu ilə fəhləni çay içməyə dəvət etmək üçün bayıra çıxdıqda həmin şəxs Nazimin öz evinə daxil olduğunu deyib. Bu vaxt oğlunun qaldığı evdən Tünzalə, anası Təranə və bacısı Gülnarə çıxaraq ona Nazimi öldürdüklərini deyiblər. Gülnarənın əlində bıçaq olduğundan onu da öldürəcəyindən qorxaraq dərhal küçəyə çıxıb, Salman Adilova məxsus mağazaya qaçıb. Ondan “təcili tibbi yardım”a zəng etməsini xahiş edib. O, cinayət hadisəsinin şahidi olmayıb, KİV-dən oğlunun güldan və qaz balonunun zərbələri nəticəsində öldürüldüyünü öyrənib.
Məhkəmə prosesində Tünzalə Vəliyeva ittiham üzrə özünü qismən təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Vəliyeva CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum olunub.



3288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___