Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı? - AÇIQLAMA
Tarix: 23-02-2021 | Saat: 16:33
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Məşhurların Taleyi | çapa göndər

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadə bu gün Lənkəran rayonunun Liman qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Maraqlıdır, Yalçın Rzazadə kimi adlı-sanlı sənətkar niyə Bakıdakı İkinci Fəxri xiyabanda deyil, Lənkəranda dəfn edilib.
Bu barədə Modern.az-a danışan mərhumun oğlu Mətin Rzazadə deyib ki, Lənkəranda dəfn olunmağı sağlığında sənətkarın özü istəyib – yəni bu, mərhumun öz vəsiyyəti olub.
“Yalçın müəllimin ata-anası, qardaşı Lənkəran rayonunda dəfn olunduğuna görə, özü də rada torpağa tapşırılmağı vəsiyyət etmişdi”.
Mətin Rzazadə atasının onunla bağlı arzusundan da söz açıb:
“Atam məni öz davamçısı kimi görürdü. Təxminən bir həftə əvvəl gecə mənimlə əlaqə saxladı. 70-ci illərdə ifa etdiyi bir neçə mahnısının yeni aranjimanda ifa etməyimi istədi.
Onu da qeyd edim ki, Yalçın müəllimin 750-dən çox mahnısı var və mən hamısını əzbər bilirəm. Amma mənə dediyi mahnıları ilk dəfə eşidirdim”.
Müğənni Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub. 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.
Allah rəhmət eləsin...]
4258 dəfə oxunub.
Digər xəbərlər

24-07-2016, 22:00
Limonu xarab olmadan necə saxlamaq olar?
12-07-2020, 21:03
Türkiyə illərdir axtarılan terrorçunu zərərsizləşdirdi - Foto
4-05-2015, 20:18
Hollivud “Peyğəmbər”i ekranlaşdırdı (VİDEO)
11-11-2016, 15:46
Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı - Bakıda
19-10-2018, 10:48
Cinsi əlaqə üçün evə çağırdığı oğlanın başına oyun açan qadın: "Pulunu alıb döydük"
22-06-2017, 21:13
Siqaret çəkənlərə PİS XƏBƏR - CƏRİMƏLƏNƏCƏKSİNİZ
22-06-2017, 16:08
Rəqqasə Renkanı gül yağışına tutan o sirli adam... - FOTOLAR
29-06-2017, 20:08
Olimpiya çempionumuz Toğrul Əsgərov Türkmənistanı təmsil edəcək - İDDİA
16-10-2019, 12:45
Bakı metrosunda gənc qıza bu şəxs təcavüz etdi - FOTO
28-06-2016, 16:06
Zirzəmidə 33 yaşlı kişi meyiti tapıldı - Qazaxda