Məmurlar bu cür olmalıdır - Hikmət Hacıyev
Tarix: 23-01-2021 | Saat: 13:55
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdır.
"Xeberaz.Az" xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Yüksəliş” müsabiqəsinin təşkil etdiyi vebinarda çıxışı zamanı deyib.
Prezidentin köməkçisi 2020-ci ilin Azərbaycan xalqının həyatında və tarixində müstəsna dövr olduğunu vurğulayıb. H.Hacıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə xalqımız Vətən savaşında tarixi zəfərini əldə etdi.
Hikmət Hacıyev kommunikasiya strategiyasının dövlət orqanları qarşısında ən vacib fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. O, həmçinin bildirib ki, vətəndaşlarla canlı ünsiyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, ictimaiyyətə məlumatların düzgün və operativ ötürülməsi dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdəndir.
Prezidentin köməkçisi vurğulayıb ki, məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdır. Onlar əmək fəaliyyətində zəhmətkeşlik, səmərəli çalışmaq və qarşıya qoyulan hədəflərin düzgün seçilməsi keyfiyyətlərini özündə daşımalıdır.
2128 dəfə oxunub.
Digər xəbərlər

6-02-2021, 10:38
Gəncə sakinindən silah götürüldü
3-03-2017, 23:14
Elektriki 30 min voltluq "tok" vurdu: SAĞ QALDI
12-01-2016, 20:56
Samiraldonu parodiya etdilər – VİDEO
22-07-2017, 10:52
2 gün əvvəl qardaşı ölən Aqil mükafat gecəsində - Fotolar
31-08-2016, 15:35
TANINMIŞ STİLİST SAMİRA ƏLİYEVA YENƏ TƏƏCCÜBLƏNDİRDİ – FOTOSESSİYA
27-09-2015, 12:40
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
12-03-2015, 00:03
Coni Depp xəstəxanalıq oldu - FOTO
1-09-2015, 18:11
Rus qızlarının geyinib-soyunma otağında nələr baş verir? VİDEO
6-03-2017, 13:07
Qubada əməliyyat - 23 nəfər tutuldu
5-06-2016, 19:55
Yıldırım ata ocağında