DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Tarix: 21-01-2021 | Saat: 11:53
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Texnologiya | çapa göndər
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
DİN-in Mətbuat xidmətindən "Xeberaz.Az"-a daxil olan məlumatda deyilir:
"Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.
İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri fəaliyyət göstərir".
Qeyd edilib ki, vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "Facebook", “İnstagram”, "Twitter", "Youtube" və “Telegram” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:
Facebook - (https://www.facebook.com/polisazerbaycan/)
İnstagram – (https://www.instagram.com/polisazerbaycan/)
Youtube - (https://www.youtube.com/polisazerbaycan )
Twitter - (https://twitter.com/polisazerbaycan)
Telegram – (https://t.me/polisazerbaycan )
Xəbəri paylaş
3958 dəfə oxunub.
Digər xəbərlər

14-06-2015, 16:33
Azərbaycan ilə İran arasında müştərək bank yaradıla bilər
13-03-2017, 11:34
Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri FOTO
26-10-2018, 12:59
Məşhur müğənni İslamı qəbul etdi, azan oxudu
17-03-2019, 06:10
Bu sərəncam diqqət və qayğının göstəricisidir - Politoloq
26-07-2022, 11:12
Azərbaycanda valideynlər buna görə 4 il həbs edilə bilər
13-09-2016, 14:58
Kərbəlaya gedənlər də hacı olacaq
17-01-2016, 16:01
YAP müşavirə keçirdi, rəhbərlərə tapşırıq verildi
13-05-2016, 23:15
Gəncədə milli konfrans keçirildi