Səfərli olayı: Əli Həsənov da həbs edilə bilər - Açıqlama
Tarix: 14-01-2021 | Saat: 16:33
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərlinin həbsi Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun da həbsinə səbəb ola bilər.
Bunu açıqlamasında hüquqşünas Aqil Layıc deyib. O bildirib ki, Vüqar Səfərlinin hər şeyi Əli Həsənovun tapşırığı əsasında etdiyi cəmiyyətdə hər kəsə bəllidir:
“Vüqar Səfərli sadəcə pərdənin önündə olan insan idi. Vüqar Səfərli heç vaxt Əli Həsənovun iradəsindən və göstərişindən kənar addım atmayıb. Hamı bilir ki, jurnalistlər üçün binanın tikintisindən tutmuş bölüşdürülməsinə qədər, bütün prosesi Əli Həsənov idarə edib. Jurnalistlərə ev verilməsi məsələsində sui-istifadə amilləri, KİV-ə ayrılan pulların təyinatı üzrə xərclənməməsi, həmin vəsaitlərin Əli Həsənovun qəzetlərinə ayrılıb yeyilməsi, o cümlədən digər mənimsəmələrdə Əli Həsənovun birbaşa əli var. Eyni zamanda Əli Həsənovun ailə biznesi sayılan şirkətlər inzibati resurslar əsasında fəaliyyət göstərib. Bakı Ağır Cinayətlər Məhkəməsində “Kaspi” şirkəti ilə bağlı gedən işlərdən də bəlli oldu ki, dövlət büdcəsindən yayınma, işçilərin əmək haqqının ödənilməməsi və s. qanunsuzluqlar baş verib”.
Qeyd edək ki, bu gün KİVDF-nin sabiq sədri Vüqar Səfərli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törətdiyi cinayət əməllərinə və külli miqdarda mənimsəməyə görə həbs edilib.
Xəbəri paylaş
4908 dəfə oxunub.
Digər xəbərlər

10-06-2016, 14:54
XİN Peterburq sammiti haqda məlumatı sildi
14-02-2019, 12:57
Ağdaş və Ucarda qəza: iki ölü
5-05-2017, 16:06
İlham Əliyev: “Turistlərin Azərbaycana rahat gəlmələri üçün hər cür şərait yaradılıb”
12-11-2017, 14:07
Evi cadudan təmizləməyin yolları - FOTOLAR
8-12-2018, 13:24
Elməddin Quliyev "İlin iş adamı" seçildi-FOTO
31-01-2019, 11:25
Xoşbəxt ailəyə malik olmaq üçün İslam dininin tövsiyələri
10-05-2017, 12:49
Azərbaycanlı futbolçu Türkiyənin evlilik verilişində - video
30-01-2017, 22:34
İnsanın ölümqabağı son dəqiqələrinin mənası - Tədqiqat
9-08-2017, 11:21
Prezident "Sovetski"nin yeni yollarının açılışında - FOTO