Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Tarix: 02-12-2020 | Saat: 12:20
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər
Ölkədə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Lənkəran rayon prokurorluğundan bildirilib ki, Lənkəran rayon Xarxatan kənd sakini 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olmuşdur.
Həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilmiş və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 21.04.2020-ci il tarixdən Lənkəran Beynəlxalq Mühafizə Xidməti MMC-də işə düzəlməsi müəyyən edilmişdir.
Lənkəran Beynəlxalq Mühafizə Xidməti MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
5868 dəfə oxunub.
Digər xəbərlər

25-03-2019, 13:56
Apreldən müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
1-07-2017, 22:16
Dünyanın ən zəngin insanları günə necə başlayır?
13-04-2022, 09:34
Leyla Əliyeva Uşaq Onkologiya Klinikasına baş çəkib - FOTO
20-07-2018, 14:01
Çox xəstəliklərin səbəbi budur - Orqanizmin göbələk və kiflə zədələndiyini necə bilmək olar?
29-02-2016, 10:58
Gəncədə oğlan özünü ürəyindən güllələdi
17-10-2017, 13:27
Azərbaycanda partiya sədri oğlunu özünə müavin təyin etdi
1-04-2016, 23:41
Ronaldonun 2 milyon avro qonorar aldığı reklam
2-09-2018, 11:55
Yapon qadınlarının gözəllik SİRRİ: ayda iki dəfə...
19-04-2022, 11:20
Dünyada taxıl böhranı: Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA