“Kəlbəcər rayonu bu gün işğaldan azad olundu” - Prezident
Tarix: 25-11-2020 | Saat: 12:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var / Həftə-Reytinq | çapa göndər
“Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”.
"Xeberaz.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident əlavə edib.
Xəbəri paylaş
1 5168 dəfə oxunub.
Digər xəbərlər

3-05-2018, 19:48
Deputatların maaşı artırıldı - SİYAHI
21-08-2015, 13:38
Dilənçinin üstündən 5500 dollar çıxdı
21-03-2017, 13:27
Mehmet Ali Erbil sosial mediadan tapdığı sevgilisi üçün Bakıya gəlir!
25-04-2015, 13:24
Türk bayrağına görə ermənilərlə mübahisə edən azərbaycanlı polis tərəfindən saxlanılıb.
20-11-2016, 13:44
Serj Sarkisyanın qızının intim görüntüləri yayıldı və ölkə ayağa qalxdı - 18+ - VİDEO
6-08-2018, 19:04
Dünyanın ən iyrənc qoxuları açıqlandı - SİYAHI - FOTO
19-01-2018, 13:51
Dəm qazı daha bir can aldı
28-06-2015, 15:52
Prezidentin kürəkənindən Tahir İmanova təşəkkür
29-10-2015, 19:09
16 yaşlı qız itkin düşdü - Bakıda
7-06-2017, 12:02
Azərbaycanlı bacılardan böyük uğur - Türkiyədə - FOTO