Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ceyhun Bayramov və Cozef Borel arasında telefon danışığı OLDU
Tarix: 29-10-2020 | Saat: 03:24
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Özünü Tanıd / Gündəm / Hadisə / Həftə-Reytinq | çapa göndər

Ceyhun Bayramov və Cozef Borel arasında telefon danışığıOLDU

Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov ali nümayəndəni Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması, mülki şəxslərin və infrastrukturun hədəf alınması, dinc əhali arasında çoxsaylı tələfata nail olmaq üçün kasetli bombalardan istifadə edilməsi ilə bağlı məlumatlandırıb. Nazir Ermənistan silahlı qüvvələrinin 27 və 28 oktyabr tarixlərində Bərdə şəhərinə raket hücumları ilə mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirildiyini qeyd edib. O vurğulayıb ki, bu Ermənistanın törətdiyi növbəti müharibə cinayətidir və bu cinayətə görə tam məsuliyyəti Ermənistan daşıyır.

Aİ-nin ali nümayəndəsi Jozef Borel mülki əhalinin atəşə tutulması ilə bağlı təəssüfünü ifadə edib və mülki şəxslərin hədəf alınmasının yolverilməzliyini vurğulayıb. Eyni zamanda o, münaqişənin sülh yolu ilə həllini təmin etmək üçün tərəflər arasında dialoqun bərpa olunmasının vacibliyini qeyd edib.


Xəbəri paylaş

4408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___