Şəhid Milli Qəhrəmanın adı Qubadlıda əbədiləşdiriləcək - İlham Əliyev
Tarix: 23-10-2020 | Saat: 16:11
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.
"Xeberaz.Az" xəbər verir ki, dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır.
Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.
Xəbəri paylaş
4278 dəfə oxunub.
Digər xəbərlər

17-11-2015, 17:09
"Laçın" ticarət mərkəzi bağlandı
31-05-2019, 10:24
Bakı metrosunda İNTİHAR - Qadın özünü qatarın altına atdı
3-03-2016, 13:02
8.2 bal gücündə zəlzələ - VİDEO
15-08-2016, 15:21
Türkiyədə güclü partlayış: yaralılar var – FOTOLAR
12-03-2020, 15:28
"Şok" icra başçısı vətəndaş üçün görəcəyi işi mətbuatda işıqlanmasını istədi-Video
13-08-2016, 11:46
Hakan Şükürün atasının halı pisləşdi, xəstəxanalıq oldu
19-03-2022, 14:14
Zaporojye vilayətinə raket hücumu: 9 nəfər öldü
7-02-2022, 15:04
Bakıda maşına yanacaq doldurdan şəxs pulunu ödəmədən qaçdı
13-07-2021, 15:57
Həbsdə olan Ata Abdullayevdən XƏBƏR VAR
25-05-2017, 17:10
Məşhur müğənni 6 gündə iki ərini itirdi