"Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb" - Prezident
Tarix: 22-10-2020 | Saat: 12:54
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
"Bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni, onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar".
"Xeberaz.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib.
Prezident bəyan edib ki, Azərbaycan intiqamını döyüş meydanında alır: "Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir".
Xəbəri paylaş
3588 dəfə oxunub.
Digər xəbərlər

8-08-2016, 01:25
Ərdoğandan xalqın edam tələbinə - Cavab
20-07-2017, 22:15
22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - VİDEO
30-01-2018, 09:46
Bu ərazidə su olmayacaq
3-02-2018, 20:14
Göyçayda DƏHŞƏTLİ CİNAYƏT- Şagird müəllimini bıçaqladı
17-10-2017, 12:07
Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA - TƏFƏRRÜAT
31-05-2023, 16:02
Sinif yoldaşları ilə çimməyə gedən yeniyetmə çayda boğuldu - YENİLƏNİB
8-12-2015, 00:38
İranın Bəşər Əsəd tərəfində döyüşən 8 hərbçisi öldürülüb
13-08-2016, 10:47
ŞAKİR KÖNÜL KƏRİMOVA İLƏ BİR ARADA – FOTO
14-09-2016, 21:14
"İqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir" - Ermənistanın yeni baş naziri