Paşinyan AB-ni razı salmaq üçün buna da hazırdır
Tarix: 21-10-2020 | Saat: 22:36
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Reportaj | çapa göndər
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanıyacağı təqdirdə, ölkəsinin eynicinsli evlilikləri qanuniləşdirəməyə hazır olduğunu bəyan edib.
"Xeberaz.Az" xəbər verir ki, erməni baş nazir belə bir bəyanatla Ermənistan parlamentinin növbədənkənar iclasında çıxış edib:
“Ermənistan, şübhəsiz ki, Avropanın bir hissəsidir və biz Avropa dəyərlərini qəbul etməyə hazırıq. Ancaq, Avropa ölkələri dövlətimizin təhlükəsizliyinə sadiq olduqlarını göstərməlidirlər”.
Paşinyanı hakim “Mənim addımım” koalisiyasından olan digər partiyalar da dəstəkləyib. Belə ki, “Missiya” partiyasının rəhbəri Manuk Sukiasyan bildirib ki, AB Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa “borcludur”, çünki bu, Qarabağın LGBT cütlüklərinə münasibətlərini qanuniləşdirmək imkanı verəcək:
“Azərbaycan eynicinsli evlilikləri tanımır, Ermənistan isə tezliklə tanıyacaq. Beləliklə də, Dağlıq Qarabağın Ermənistanın bir hissəsi kimi tanınması regionun homoseksuallarına fayda verəcək”.
Bundan əvvəl Ermənistanın Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan bildirmişdi ki, cəbhədə gərgin vəziyyət səbəbindən Ermənistan silahlı qüvvələri transgenderlərin ən vətənpərvər təbəqələrdən biri olduğunu əsas gətirərək, onların da ordu bölmələri sıralarına cəlb edilməsinə qərar verib.
Xəbəri paylaş
5508 dəfə oxunub.
Digər xəbərlər

3-05-2017, 15:13
Afaqla Lalə Məmmədovanın AÇIQ SAVAŞI: “Qeyrətsizin qeyrəti…”
5-07-2015, 19:55
Masallıda 45 yaşlı qadını maşın vuraraq öldürdü
12-06-2015, 17:03
Bakı 2015-də daha bir mübarizə başladı (CANLI)
6-08-2019, 19:33
Sabah bu ərazilər işıqsız qalacaq
6-02-2018, 11:09
Yeni doğulmuş körpə yanaraq öldü-Beyləqanda FACİƏ
15-07-2021, 11:28
Balaca uşaq gəlinciyin saçına görə barmağını itirəcəkdi - FOTO
27-11-2015, 23:54
Könül Kərimova hamını aldadıbmış -“Başıma parik qoymuşdum
4-04-2015, 15:04
Xalq artisti Arif Quliyev yaxalandı gör harda - VİDEO
7-08-2017, 17:09
Əli Həsənovun nəvəsi məhkəmədə qəzadan danışdı: "Peşmanam"
29-11-2016, 16:54
Ona söz atan oğlanı öldürən Səringüldən XƏBƏR VAR