Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nikol məşhur “7 şərt”dən “6 təklif”ə düşdü...
Tarix: 19-10-2020 | Saat: 16:23
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər



Ermənistan ictimaiyyəti artıq Azərbaycanın Vətən müharibəsinin nəticələrinə indidən hazırlaşmaqdadır: dolayısı ilə ictimaiyyəti məğlubiyyətə hazırlayır, hazırda davam edən müharibə haqda reallığa yaxın məlumatlar verməyə çalışırlar.
Nikol Paşinyan bir müddət öncə Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “7 şərt” qoymuşdu – Azərbaycanın Ali Baş Komandanı bu şərtləri zibil qutusuna tulladığını elan etdi.
Bugünkü açıqlamasında isə Paşinyan “6 təklif”ə keçib – ancaq bu “təklif”lər artıq Azərbaycana deyil, öz xalqınadır. “Qarabağ Ermənistandır və Nöqtə”, “Yeni ərazilər üçün yeni müharibə” bəyanatı verən və Azərbaycana növbəti hücumla müharibəyə səbəb olan Nikol Paşinyan hazırda “Biz vəziyyəti dəyişə və qələbə çala bilərikmi” deyə, təkliflərlə çıxış edir.
N.Paşinyanın “6 təklif”i içərisində “bu müharibə başlamaya bilərdimi” sualına cavab da var. Ermənistan baş naziri deyir ki, işğaldakı əraziləri qaytarsa və Azərbaycanın ərazi bütövlüyünü tanısaydı, bu müharibə olmaz və Ermənistan bu qədər ağır vəziyyətə düşməzdi.
Paşinyan 2018-ci ildə hakimiyyəti təhvil alarkən artıq fakt qarşısında qaldığını bildirir. O deyir ki, 2011-ci il Kazan razılaşması ilə Ermənistan hakimiyyəti əslində Dağlıq Qarabağın “müstəqilliyi”ndən birmənalı imtina etmişdi.
Başqa sözlə, Paşinyan onun hakimiyyətinə qədər artıq Dağlıq Qarabağla bağlı danışıqların müəyyən mərhələyə qədər gəldiyini, 5+2 rayonun qaytarılması və Dağlıq Qarabağa statusun yalnız məcburi köçkünlər ora qayıtdıqdan sonra veriləcəyi barədə razılaşmaya Serj Sərkisyanın imza atdığını etiraf edir.
Bu, əslində, dəhşətli etirafdır: Paşinyan bununla açıq şəkildə bəyan edir ki, bütün razılaşmalardan qəsdən çıxdı, 25 illik danışıqların üzərindən məhz o xətt çəkdi, Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə razılaşmanı darmadağın etdi. Ermənistan baş naziri düşünülmüş surətdə müharibəyə səbəb olduğunu faktiki olaraq elan edir.
Nikol Paşinyan utanmadan bildirir ki, sələflərinin apardığı danışıqları pozmaq üçün müharibədən başqa variant yox idi.
Müharibəni “qazandığını” əsaslandıran Nikol Paşinyanın “6 təklif”ində daha faciəvi və qandonduran etiraf da gizlənib. Nikol Paşinyan Ermənistanın ağır zərbələr almasına, ordusunun dağılmasına, iqtisadiyyatının çökməsinə, 10 mindən artıq əsgər itirməsinə baxmayaraq, “müharibədə qalib gələ bilərikmi” sualını ünvanlayıb cəmiyyətə. Yəni Ermənistan baş naziri nəinki müharibəni dayandırmağa çağırır, hətta erməniləri bundan sonra da yad torpaqlar uğrunda, işğalı davam etdirmək yolunda qırğına verməyə davam edir.
Halbuki hakimiyyətinin ilk günlərindən danışıqların mahiyyətini açıqlamaq, Dağlıq Qarabağla bağlı özündən əvvəlki razılaşmaları elan etmək, “bu mirası” təhvil aldığını bildirmək, işğaldan əl çəkmək və Ermənistanı blokadadan və vassallıqdan çıxararaq, bir dövlət halına gətirmək fürsəti vardı. Üstəlik, tarixə də “barışdırıcı”, “birgəyaşayışa çalışan şəxs” olaraq düşə bilərdi.
Sələflərinin işğalı davam etdirməyə gücləri çatmadığını və buna görə də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edən Paşinyan dolayısı ilə Köçəryan-Sərkisyan xuntasından da daha dəhşətli yol tutduğunu, müharibəyə səbəb olduğunu bildirməkdən, diplomatiyadan, sülh danışıqlarından birmənalı imtina etdiyini elan etməkdən çəkinmir.
Hamı bunu görməlidir: müharibəni kimin başladığını, 25 illik danışıqlardan sonra əldə edilən razılaşmaları kimin məhv etdiyini bilməlidir; hər kəsə aydın olmalıdır ki, Ermənistan hakimiyyətinin hazırda “atəşkəs oyunu” yalnız işğalı davam etdirmək cəhdidir. Çünki faktiki olaraq Nikol Paşinyan sülh və atəşkəs təşəbbüsü ilə çıxış etmir, “müharibəni necə qazana bilərik” deyə təkliflər irəli sürür.
Bir ölkə rəhbəri, bir hökumətin başçısı “atəşkəsi qarşı tərəf pozdu” deyə, hay-küy salıb, ardınca “müharibəni udmaq üçün təkliflər”lə açıq şəkildə çıxış edirsə və bunu xalqına elan edirsə, artıq o şəxsin siyasəti və niyyəti ortadadır.
Bu “təklifləri” görən heç bir ölkə, beynəlxalq qurum Azərbaycanı ittiham edə bilməz; bu təkliflər müharibəni kimin körüklədiyinin, hələ də işğalı davam etdirmə siyasətinin bariz nümunəsidir...
Yeri gəlmişkən, Nikol Paşinyanın “6 təklif”i ilə paralel olaraq erməni mediası artıq 18 yaşlı uşaqların ön cəbhəyə yollandığını, onların böyük əksəriyyətinin öldüyünü yazır, Birinci Qarabağ savaşında vuruşan və hazırda 50 yaşı keçənlərin “təcrübəsini” yada salırlar.
Rəsmi təbliğat bunun üzərində qurulub: 1990-larda “qalib gələnlər” nümunə göstərilir. Halbuki bu nifaqın, bu işğalın əsasını qoyan, Xocalı timsalında onlarla soyqırım törədən və indi “50 yaşdan yuxarı” olanlar nümunə göstərilmək əvəzinə, qınanmalı idi. Onlar Qafqazda növbəti köçkünlüyün, qaçqınlığın, qətliamların, günahsız insan ölümlərinin və 30 ildir davam edən düşmənçiliyin əsasını qoydular; onlar birgəyaşayışa tüpürüb, bir milyondan artıq insanı öz yurdundan qovdular...
Nə qədər ki bu siyasət davam edir, nə qədər ki Paşinyan “müharibədə necə qalib gələ bilərik” sualına cavabını cəmiyyətə təqdim edir, Vətən müharibəsi bitməyəcək!



4608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___