Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabiq Baş Nazir Prezidentə məktub göndərdi
Tarix: 18-10-2020 | Saat: 12:52
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq | çapa göndər

Sabiq Baş Nazir Prezidentə məktub göndərdi

Rumıniyanın sabiq Baş Naziri Petro Roman Prezident İlham Əliyevə məktub göndərib.
"Xeberaz.Az" xəbər verir ki. məktubda deyilir: "Hörmətli cənab Prezident, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından və beynəlxalq hüququn normalarına zidd olaraq Gəncəyə mülki şəxslərin ölümü ilə nəticələnən hücumların davam etməsindən dərin narahatlıq keçirirəm. Gərginliyin daha da artmaması və insan tələfatının, eləcə də insan haqlarının pozulmasının qarşısının alınması üçün bütün hərbi əməliyyatların dərhal dayandırılmasını arzulayıram.
Mən bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqlarının sülh yolu ilə həll olunması üçün səylər göstərməyə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin beynəlxalq hüquqa əməl etməyə çağırıram.
Qlobal Bakı forumlarındakı çıxışlarınızı çox gözəl xatırlayıram. Sizin çıxışlarınız münaqişənin heç vaxt güc yolu ilə həlli barədə olmayıb. Biz yeni vasitəçilik modeli axtarmağa başlamalıyıq.
Həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüququn normalarının təbliği istiqamətində birgə işləyirik.
Azərbaycanda sülhün bərqərar olmasını səmimi qəlbdən arzu edirəm".



2818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___