DTX əməliyyat keçirdi: Bu şəxslər saxlanıldı - Video
Tarix: 26-09-2020 | Saat: 17:06
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə | çapa göndər
Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısı alınıb.
"Xeberaz.Az" DTX-nin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlunun satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitələr - 19 kiloqram 736,04 qram heroin, 10 kiloqram 149,75 qram tiryək, 3 kiloqram 788,18 qram qurudulmuş marixuana, 104,44 qram metadon, psixotrop maddə - 19 kiloqram 786,10 qram metamfetamin və 75 qram güclü təsir edən maddə olan preqabalin onlardan aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb, Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
5298 dəfə oxunub.
Digər xəbərlər

16-01-2020, 07:24
Abşeronda ərlə arvad dəm qazından boğulub öldü
30-05-2016, 21:25
Top və raket mərmiləri tapıldı - Füzulidə
1-11-2023, 14:05
Güclü stress insanı əlil edə bilər
9-06-2023, 12:09
Çimərliklərdə bizi gözləyən təhlükələr - RƏSMİLƏR NİYƏ SUSUR?
28-04-2016, 19:35
Prezidentdən təbrik
1-06-2018, 10:43
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
6-07-2015, 23:19
Irəvanda nümayişçilərdən yeni tələb
17-06-2016, 16:56
Erməni əsgərin meyiti tapıldı