Prezident İrəvana mesaj verdi, Türkiyə mediası yazdı
Tarix: 20-09-2020 | Saat: 15:34
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmaqdadır.
"Xeberaz.Az" xəbər verir ki, “Anadolu” agentliyinin dərc etdiyi “Prezident Əliyev: Türkiyə ilə birgə təlimlərimiz İrəvanı qorxudur” sərlövhəsi ilə yayılan informasiya müxtəlif başlıqlarla sürətlə qardaş ölkə mediasında yayılıb.
Türkdilli oxuculara məlumat verilir ki, Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini, iki qardaş ölkənin bir-birini tam şəkildə dəstəkləməsini yüksək dəyərləndirib və münasibətlərimizin daha da genişlənəcəyini ifadə edib. Regiondakı vəziyyətdən danışan Prezident İlham Əliyev, təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin ifadələr səsləndirib. Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib ki, ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir. Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.
Məlumatlarla "Anadolu" agentliyi, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Takvim” və digər çoxtirajlı qəzetlərin saytlarında tanış olmaq mümkündür.
İnformasiyalar Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan və Türkiyə hərbçilərinin, silahlı qüvvələrimizin ortaq təlimlərinə dair fotolarla təqdim olunub.
Xəbəri paylaş
5238 dəfə oxunub.
Digər xəbərlər

25-12-2016, 09:57
Prezident sosial evlər barədə: "Şərtlər çox güzəştlidir"
24-12-2018, 11:49
III Dünya müharibəsi Dağlıq Qarabağdan başlaya bilər - Politoloq
28-01-2016, 01:40
“Xaricilər azərbaycanca danışarsa… - “Atova lənət, kirpi!”+Video
15-08-2016, 16:12
Sumqayıtda DƏHŞƏTLİ QƏZA: bir ailə məhv oldu - FOTO
19-03-2023, 17:18
Marketdə keçmiş əri tərəfindən bıçaqlanan qadın ÖLÜB
31-07-2021, 16:31
Səməd Səmədovu təhqir etdi: “Azərbaycan dilində danışanda ağzına gələni çərənləyirdi“
14-05-2017, 10:53
Sumqayıtdakı "Şərq bazarı" sökülür - VİDEO
25-10-2023, 09:58
Gəncədə 4 aylıq qızcığaz və üç yaşlı qardaşı küçəyə uşaqların nənəsi atıb-Yenilənib
14-05-2016, 15:14
Bakıda bu görüntü kişini biabır etdi - Video
1-09-2017, 17:26
ABŞ hərbçiləri Gürcüstana gəlib - FOTOLAR