Balakəndə polisə tabe olmayan şəxslər cəzalandırıldı
Tarix: 15-09-2020 | Saat: 13:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Daxili İşlər Nazirliyi (DİN) Balakən rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.
"Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə “avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar", - Mətbuat Xidmətindən bildirilib.
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

5-06-2016, 22:45
Avro-2016 zamanı terror hücumları ola bilər
5-05-2016, 10:40
Kənan Hacı: “Ramiz Rövşənə böhtan atmaram”
13-11-2017, 13:53
Şərq ulduz falına görə 2018 bu illərdə doğulanlar ÜÇÜN UĞURLU olacaq
2-08-2016, 11:27
Ərəblər Bakıya ev almağa gəliblər? - VİDEO
1-06-2017, 17:47
Dolların sabaha olan məzənnəsi açıqlanıb
10-08-2017, 23:14
Bakıda güclü yanğın - Yollar bağlandı+ VİDEO
27-01-2017, 11:56
Xalq artistinin qızı İlqarə kökəlib əndazəni aşdı - Fotolar + Video
18-12-2021, 12:17
“Topaz-a görə görüşdüyüm qadının üzüyünü satdım” – ALFONS XALAOĞLULAR...
5-12-2020, 15:08
"Rəmiş" ləqəbli narkotacir tutuldu
29-08-2018, 12:56
Bakıda sürücü qucağında uşaqla avtobus sürüb