Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu aylarda Azərbaycanda koronavirusla bağlı riskli hal yaşana bilər – Müşfiq Məmmədli
Tarix: 14-09-2020 | Saat: 19:36
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Bu aylarda Azərbaycanda koronavirusla bağlı riskli hal yaşana bilər –Müşfiq Məmmədli

“Ölkəmizdə pandemiya ilə mübarizə  nəticəsində  atılmış addımlar və aparılmış  mübarizə  tədbirləri öz müsbət nəticəsini verib”.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
M. Məmmədli  bildirib ki, xəstəliklə mübarizədə əldə edilən müsbət dinamika nəticəsində ölkədə karantin qaydalarının yumşaldılması ilə bağlı addımlar atıldı: “Bu addımlar təbiidir. Bütün dünya məkanına diqqət etsək  iqtisadi fəallığın azalması müşahidə olunurdu. Bu karantin tədbirlərinin yumşadılması iqtisadi fəallığın artmasına səbəb oldu. Bununla yanaşı, artıq  koronavirusla yaşama modelinə keçid baş verdi. O cümlədən də, Azərbaycanda da müxtəlif qaydalar hazırlandı, ictimaiyyətin istifadə etdiyi müxtəlif  ictimai iaşə müəssisələrin, məkanların istifadəsi istiqamətində müxtəlif təlimatlar hazırlandı”.
Millət vəkilinin sözlərinə görə, yumşadılmalar risklərə də yol açır: “Bu zaman yoluxmaların sayının artması və yenidən xəstəxanaların yüklənməsini müşahidə edirik. Məlum olduğu ki, digər ölkələrdə ikinci dalğa artıq özünü büruzə verir. Azərbaycanda da təbii ki, bu halın  yaşanması mümkündür. Çünki artıq bildiyimiz kimi, ümumtəhsil məktəblərinin açılması, gələcəkdə ali  təhsil müəssisələrində hibrid təhsilə keçirilməsi kimi ehtimallar  yoluxmaların sayının artmasına gətirib çıxara bilər. O cümlədən də, soyuq hava mövsumunun başlaması ilə müxtəlif xəstəliklərin artması, immunitetin aşağı düşməsi nəticəsində koronavirusa yoluxmanın sayının artmasına şərait yarada bilər.  Bu baxımdan, üç qızıl qayda “sosial məsafə, gigiyenik qaydalara əməl  və qoruyucu vasitələrdən istifadə” qaydalarına  ciddi əməl etməliyik. Biz bunlara əməl etməklə, koronavirus infeksiyası çox yayılsa belə bunu qarşısını birlikdə ala bilərik. Burada həm dövlətin vahid strukturlarının  fəaliyyəti önəmlidir, həm də vətəndaş məsuliyyətinin  önəmi hər şeydən daha üstündür. Hər birimiz, bir-birimizi özümüzü qorusaq, dövlət strukturları  müvafiq tədbirləri görərsə, hətta xəstəliklərin sayı artsa belə biz onu idarə edə bilərik. Məncə, Azərbaycanda koronavirusun gedişi məhz bu ssenari ilə bu istiqamətdə getməsi ehtimalı daha realdır.
Və bunu da nəzərə çatdırım ki, son statistik məlumatların təhlili, həmçinin də Azərbaycandakı situasiyanın analizi daha riskli halın oktyabrın ortaları ilə  noyabrın  ayının ortaları arasında bu statistikada yüksəlişin olma ehtimalı halını göstərir. Təbii ki, bu ehtimaldır. Daha fərqli göstəricilər ola bilər. Amma ümumi statistik göstəricilər bu ayları nəzərdə tutur.  Yəni oktyabr-noyabr aylatı daha riskli aylardır”.
Gülayə Meci


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___