Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha bir general vəfat etdi - FOTO
Tarix: 10-08-2020 | Saat: 11:59
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Reportaj | çapa göndər

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.
1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.
2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.
General-leytenant Məmmədov Fuad Nadir oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!






Xəbəri paylaş

9188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___