Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağıllı maska istehsal olundu: 8 dildə... (VİDEO)
Tarix: 06-08-2020 | Saat: 20:18
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Maraqlı | çapa göndər

Ağıllı maska istehsal olundu: 8 dildə...(VİDEO)


Koronavirus pandemiyası tibbi maskaları artıq dəb halına salıb. Zamanənin trendi olan maskalar müxtəlif parçalardan, müxtəlif şəkildə hazırlanır. Bu "aksesuar" hətta texnologiya şirkətlərinin də diqqətini cəlb edib.
"Xeberaz.Az" xəbər verir ki, Yaponiyanın "Donut Robotics" şirkəti yaponcadan 8 dilə tərcümə edən mikrofonlu maska hazırlayıb.

Maska "bluetooth" köməyi ilə mobil telefonuna və ya planşetə qoşulur, insanın dediklərini mətn halına çevirib səsləndirir.
Maska, həmçinin, onu taxan şəxsin səsini mikrofon vasitəsi ilə yüksəldir və bununla sosial məsafəni qorumağa yardım edir.
Plastik və silikondan hazırlanan maskada dəliklər olduğu üçün o, həqiqətdə koronavirusdan qorumur və adi üz maskasının üstündən taxılır.
Şirkətin rəhbəri Taisuke Ono bildirib ki, "C-mask" adlandırdıqları ixtira insanların maskada dediklərinin daha aydın başa düşülməsi üçün hazırlanıb.
Qeyri-adı maskanın sentyabr ayında satışa çıxarılacağı planlaşdırılır. Satış qiyməti 40 dollar olacaq.



2 8108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___