Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyada koronavirusla bağlı son STATİSTİKA
Tarix: 06-08-2020 | Saat: 00:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Səhiyyə | çapa göndər

Dünyada koronavirusla bağlı sonSTATİSTİKA


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 206 mindən çox artıb.
"Xeberaz.Az" xəbər  verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 206 709 nəfər yeni koronavirusa yoluxub, 5 116 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 18 354 342, ölənlərin isə 696 147 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 841 842 yoluxma və 367 934 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 451 556, ölənlərin sayı isə 214 731 nəfərə çatıb.
Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 299 433 yoluxma və 48 569 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.



8908 dəfə oxunub.

Digər xəbərlər
4-02-2017, 14:48 İstirahət günü HAVAsı

bütün xəbərlər
____ Instagram ___