Şabranda 25 yaşlı gənc xalası oğlunu öldürdü - Rəsmi
Tarix: 01-08-2020 | Saat: 13:31
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Avqustun 1-də saat 05 radələrində, Şabran rayonu, Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Şabran rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin xalası oğlu 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
T.Atamoğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
1 4518 dəfə oxunub.
Digər xəbərlər

8-11-2016, 19:19
Aqil Acalov: "Bayraq gününü eyvanlarmıza bayraq asmaqla qeyd edək"
12-12-2015, 19:08
Tərtər rayon sakini hündürmərtəbəli binadan yıxılaraq öldü
26-03-2016, 16:34
Bakıda məzarın üzərindən palma oğurlandı
2-09-2021, 22:23
İradə İbrahimovadan SƏRT İSMARIŞ: “Bir az ədəb, tərbiyə!” - FOTO
4-02-2018, 12:11
Kılıçdaroğlu yenidən CHP sədri seçildi
15-03-2016, 10:47
Maşallah Əhmədovdan xəbər var
20-08-2016, 13:11
İtə güllə atdı... ERMƏNİYƏ DƏYDİ
18-04-2017, 12:59
Ziya Məmmədov bütün əmlakını satışa çıxarır
28-09-2023, 09:04
Şəmkirdə maşın dərəyə aşdı - İki nəfər öldü
30-07-2015, 00:13
Necə oldu ki Azərbaycanda Mavilər birdən birə bu qədər çoxaldı?