Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı... - Foto
Tarix: 12-07-2020 | Saat: 20:46
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var | çapa göndər

Ermənilərin Tovuz istiqamətində hücumunun qarşısını alan ordumuz şəhid verdi. Azərbaycan tərəfi itkilərlə bağlı rəsmi məlumat açıqlasa da, erməni tərəfi “heç bir itki vermədiyini” iddia edir.
"Xeberaz.Az"  xəbər verir ki, birincisi, döyüşdə hücum edən tərəf həmişə daha çox itki verir.
İkincisi, sosial şəbəkələrdə ermənilərin 30-dan çox itki verdiyi haqda məlumatlar yayılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın Feysbukda yaydığı açıqlamaya rəy bildirən ermənilərin dedikləri bunu təsdiqləyir. Misal üçün, Maria Maria adlı istifadəçi yazır:
“Siz insanları aldadırsınız, mənim qohumum orada qulluq edir, artıq 30-a qədər itkimiz var”.
Artur Minasyan adlı istifadəçi isə “17 nəfərin öldüyü, 9 nəfərin yaralandığı”nı qeyd edib.
Teresa Manasyan (Թերեզա Մանասյան) adlı istifadəçi isə itkilərə görə Ermənistan hakimiyyətinə etiraz edir: “Bütün bunlar ədalətli şəkildə nə vaxt bitəcək”.
Ermənistan tərəfinin baş verənləri Azərbaycanın üzərinə yıxmaq cəhdi də diletantlığı ilə seçilir. Şuşan Stepanyan iddia edir: “Bu gün saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bizə məlum olmayan səbəblərdən Ermənistanın Tavuş rayonu istiqamətində UAZ avtomobili ilə dövlət sərhədini pozmağa cəhd ediblər. Ermənistan tərəfindən xəbərdarlıqdan sonra qarşı tərəfin hərbçiləri UAZ avtomobilni qoyub öz mövqelərinə qayıdıblar”.
Hərbi arsenalında ən müasir silahlara malik olan Azərbaycan Ordusu əməliyyata UAZ-la niyə getsin ki?!
Və yaxud, cəbhə bölgəsində deyil, dövlət sərhədində niyə əməliyyat keçirsin?!
FAKT: Ermənistanın hərbi rəhbərliyi (Fövqəladə Hallar naziri və digər yüksək rütbəli zabitlər) dünən Tavuş rayonunda olub. Rəsmi xəbərdə yüksəkrütbəli zabitlərin gəlişi adi səfər kimi göstərilir. Lakin bu səfərdən bir gün sonra baş verənlər səfərin təxribata hazırlıq olduğunu təsdiqləyir.
Ermənistanın sərhəd bölgəsində təxribatlara əl atmasının bir sıra siyasi səbəbləri var:
- Dövlət sərhədində qarşıdurma Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) nizamnaməsinə əsasən rəsmi Bakıya qarşı çıxmasına əsas yaradır. KTMT-nin üzv ölkələrinin Azərbaycanla yaxınlığı məlumdur, Ermənistan tərəfi məhz bu münasibətlərə zərər vurmaq üçün KTMT-ni fakt qarşısında qoymağa çalışır;
- Ermənistanın həyata keçirdiyi təxribatların əsas hədəfi mülki əhalidir. Burada məqsəd ABŞ-da ermənipərəst konqresmenlər - Ed Roys və Eliot Engelsin hazırladığı və Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu qorumağa hesablanmış “atəşkəsə nəzarət mexanizmini” yenidən aktuallaşdırmaq cəhdidir.
Bu təxribatın Prezident İlham Əliyevin danışıqlar prosesinin faktiki olaraq dayandığı və ATƏT-in Minsk Qrupunu tənqid etməsi fonunda baş verməsi də təsadüfi deyil. Çünki bu tənqid həmsədrləri real danışıqların aparılması üçün addımlar atmağa məcbur edir. Ermənistan tərəfi də qarşıdurma yaratmaqla danışıqların ciddi fazaya keçməsinin qarşısını almaq istəyir...



Xəbəri paylaş

1 1988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___