Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arzu edirəm ki, Azərbaycanda bizim kimi mənəviyyatlı insanlar çox olsun" — Elton Məmmədov sərxoş oğlundan DANIŞDI
Tarix: 02-07-2020 | Saat: 20:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər

"Arzu edirəm ki, Azərbaycanda bizim kimi mənəviyyatlı insanlar çox olsun" —Elton Məmmədov sərxoş oğlundan DANIŞDI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri, sabiq deputat Elton Məmmədov son baş verən olaylarla bağlı  mətbuata danışıb.
"Xeberaz.Az" demokrat.az-a istinadən həmin müsahibəni təqdim edir
— Elton müəllim, oğlunuz Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərlər yayılıb. Doğrudurmu?

— Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Xahiş edirəm ki, bu barədə mənə sual verməyin. Çünki qeyri-real və sifarişlə edilən məsələlərə həyatım boyu münasibət bildirmərəm. 

— Oğlunuzla bağlı xəbərləri sifarişli hesab edirsiz?

— Bilirsiniz, mən bu barədə heç bir fikir səsləndirməyəcəm. Hər şeyi Allah və sağlam insanlar yaxşı bilirlər. 

— Oğlunuzla bağlı xəbərlər yayılandan sonra sosial şəbəkələrdə sizin ünvanınıza yaxşı tərbiyəçi ola bilmədiyiniz barədə iradlar bildirilir...

— Əvvəla, mənim ailəmin də, övladlarımın da, nəslimin də tərbiyəsi göz qabağındadır və Allah hər şeyi görür. Arzu edirəm ki, Azərbaycanda bizim kimi mənəviyyatlı insanların sayı çox olsun. Mən özümü mənəviyyatı və tərbiyəsi yerində olan bütün Azərbaycan ailələrinə uyğunlaşdırmışam. İndi baxır ki, kim onu necə qiymətləndirir. 

Digər tərəfdən isə axı o kimdir ki, mənə ailəmin dəyəri haqqında söz deyir. Ailəmin rəhbəri mənəm və o ailənin dəyəri də mənim soy-kökümdən gəlir. Mənim nəslim isə bütün Azərbaycan ictimaiyyətinə bəllidir. 

Bizə qarşı kampaniya aparanlar əvvəla gedib öz mənəviyyatlarını bərpa etsinlər və bundan sonra mənəviyyatı yerində olan nəsilə irad bildirsinlər. 

Mən bu ölkənin alimlərindən biriyəm və bununla fəxr edirəm. Onun üçün həyatımı, gecəmi, gündüzümü elmə həsr etmişəm. Həmin elm də bu gün dünya elminə inteqrasiya edib və Azərbaycanın inkişafında öz təsdiqini tapır. Axı bunun nəyi pisdir? 

Mən özüm-özümü professor hazırlamışam, özüm-özümü professor kimi təqdim edərək, dövlətin müvafiq qurumundan bu adı təsdiq etmək üçün imtahan vermişəm. Kimin cəsarəti varsa, o da gedib özünə professor adını təsdiq edib alsın. Alimlik etsin, elm sahibi olsun, Vətənə, dövlətə yaxşı xidmət edib alsın. İndi kimliyindən asılı olmayaraq, elmi sahədə bütün jurnalistlərlə diskussiyaya girməyə hazıram. O zaman kimin kim olduğu bəlli olacaq. 

—  Bəs jurnalistlərdən niyə narazılıq edirsiz? 

—  Mən dəfələrlə söyləmişəm ki, Azərbaycanda jurnalistlərə və jurnalistikaya xələl gətirən insanlar var. Onlar bütövlükdə ictimaiyyəti çaşdırırlar və insanlar haqqında özlərinə sərf edən fikirlər irəli sürürlər. Bu, yolverilməz haldır. Sağlam insanları və cəmiyyəti qoruyub saxlamaq, inkişaf etdirmək lazımdır. Hansı sahədə sağlam insanlar varsa, imkan verilməlidir ki, gəlib öz töhfələrini versinlər.  
 
— Oğlunuzun sürücülük hüququnun məhdudlaşdırılması doğrudur?

— Xeyr, tam yalandır. Bilirsiniz, siz də, mən də avtomobil idarə edirik. Hər bir maşın sürən şəxs bilərəkdən və ya bilməyərəkdən yol hərəkəti qaydalarını pozaraq inzibati xəta törədə bilər. Axı bu nə zamandan cinayət olub?  

Hər bir insan bilərəkdən və ya bilməyərəkdən inzibati xəta və ya cinayət törədə bilir. Bunun üçün hüquqi dövlətin qanunları var və onlar təsdiq olunub. Bu qədər insanların içərisində niyə məhz Aynar Məmmədov gündəmə gəlir? 

— Amma oğlunuz mətbuatda "avtoş" kimi tanınır...

— Yəqin ki, maraqlı qüvvələr var və onlar bizi hədəf götürmək istəyirlər. Bir daha deyirəm ki, oğlumun "avtoşluq" etməsi yalandır. Övladımın tərbiyəsi yerindədir. O, işlədiyi təşkilatda, ictimaiyyət və dostları arasında hər zaman nüfuz sahibi olub. Mən övladlarımın tərbiyəsindən hər zaman razı olmuşam. Çünki övladlarım valideynlərinin başını heç zaman aşağı etməyib, böyük-kiçik yeri biliblər. Ona görə deyirəm ki, mənəviyyatı yerində olmayan insanlar mənəviyyatlı şəxslərə düzgünlükdən dərs keçə bilməzlər. 

— Bir neçə il əvvəl oğlunuzun jurnalist döydürməsi, avtomobil kolleksiyası və "avtoşluq" etməsini əks etdirən görüntüləri yayılmışdı. Bütün bunlar bir valideyn üçün necə başıucalıq gətirə bilər?

— Sizə dedim axı, bununla bağlı heç bir fikir söyləməyəcəm. Çünki zamanında bunların hər birinə qiymət verilib və fikir söylənilib. İndi kimlərinsə marağındadır ki, bu məsələni təkrar gündəmə gətirirlər. Mən dəqiq bilmirəm ki, sifarişçi kimdir. Allah yalan danışanların və insanlara ləkə yaxmaq istəyənlərin bəlasını versin. 

O görüntülərdəki bahalı avtomobillər isə oğluma məxsus olmayıb. Hər birimiz xaricə gedib gəzəndə maşın salonlarına gedirik, fotolar çəkdirir sosial şəbəkələrdə və sairə. İndi hardasa oğlum bahalı avtomobillərlə şəkil çəkdiribsə, bu o demək deyil ki, onun maşın kolleksiyası var! Bu dəqiqə istənilən adam gedib icarəyə bahalı avtomobillər - "Bentley", "Ferrari", "Lincoln" və sairə götürüb sürə bilər. Məgər buna görə hər hansı qadağa var? Ümumiyyətlə, Azərbaycanda hər hansı şəxsin bahalı avtomobil sürməsinə, onunla foto çəkdirib paylaşmasına qadağa var?
 


Xəbəri paylaş

1 1168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___