Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlarımızı qorumaq üçün...
Tarix: 26-06-2020 | Saat: 19:58
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Səhiyyə / Gənclərimiz | çapa göndər

Uşaqlarımızı qorumaq üçün... 
    Narkotiklərin əsl siması hər ötən gün özünü daha aydın və açıq şəkildə göstərir.  Biz yaxınlarımızı bu təsirlərdən qorumaq üçün öz cevrəmizə qarşı daha diqqətli olmalı və bu istiqamətdə lazimi biliklərə sahiblənmək üçün özümüz maraqlı tərəf olaraq cəhdlər etməliyik. 
              Sintetik tərkibli narkotiklərdən ilk istifadə belə ölümə yol aça bilər
    Maraq, bəlli sərhədləri aşmaq istəyi, qanunları pozmaqdan zövq alma hissi, duyğusal boşluq içərisində olan yeniyetmə və gənclər üçün ən böyük təhlükə narkotik vasitələrdir.  Özəliklə də son zamanlarda istifadə edənlərin sayında artma müşahidə olunan sintetik tərkibli narkotiklərdən hətta ilk istifadə belə ölümlə nəticələnə bilir. Narkotik, ondan istifadə edən insanda fizioloji, psixoloji və sosial anlamda ciddi problemlərin meydana gəlməsinə səbəb olur. Narkotik asılılıq təkcə ondan istifadə edənə deyil, onunla paralel ailəsinə və çevrəsinə də son dərəcə mənfi təsir göstərir.
Narkotik asılılıq risqinin olmaması üçün güclü ailə münasibətlərinin olması əsas şərtdir. 
    Uşaqları və yeniyetmələri narkotik vasitələrdən qorumaqda ən önəmli faktor ailədir. Təcrübədə göstərir ki, lazımi biliklərə sahib olan valideynlərin övladlarına qarşı erkən yaşlarından başladıqları düzgün yanaşmalar və məlumatlandırma işi uşaqlarını zərərli vərdişlərdən qoruyur.
    Uşaqlar yaxşı və pis, doğru və səhv kimi anlayışları ilk olaraq ailə daxilində əldə edirlər. Valideynlərin əsas vəzifələrindən biri övladlarına məsuliyyət daşımaq hissini aşılamaq və özlərini zərərverici davranışlardan qorunmağı öyrətməkdir. Bu prinsipləri erkən yaşlarında qazanan uşaqlar yeniyetmə və gənclik dövrlərində özlərini hər hansı bir təhlükədən qorumaqda çətinlik çəkmirlər.
Valideyn nə qədər şüurlu yanaşarsa övladı da bir o qədər narkotik asılılıqdan uzaq olar.
    Valideynlərin uşaqları ilə münasibətlərini sevgi və anlayış üzərindən qurması və fikirləri övladları tərəfindən nəzərə alınması böyük önəm daşıyır. Uşaqların düzgün dost seçiminə istiqamətləndirmə və bunu onlar hiss etmədən nəzarətdə saxlamaq onların zərərli vərdişlərin təsiri altına düşmə təhlükəsindən qoruyur. 
    Təcrübə göstərir ki, valideynlər ailə daxilində uşaqları üçün çox sərt qaydalar qoyduqda və ya övladlarını heç bir qayda qoymadan böyütdükdə onların gələcəkdə narkotikdən istifadə risqini artırırlar.
    Bu baxımdan uşaqlarımızı tənqidlərə məruz qoymaq, günahkar cıxarmaq və ya təəssüflənmək kimi davranışlar yerinə onları diqqətlə dinləyək, dəstəkliyici münasibət göstərək və uşaqlarımızla sağlam münasibət quraq.


Xəbəri paylaş

2 2268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___