Bakıda polis maska taxmayanlara qarşı reydlərə başladı
Tarix: 03-06-2020 | Saat: 11:48
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Bakıda polis maska taxmayanlara qarşı reydlərə başlayıb.
"Xeberaz.Az" xəbər verir ki, polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq paytaxtda nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə profilaktik tədbirlər keçirir. Bu məqsədlə nəqliyyat axınının və sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda, qapalı məkanlarda reydlər aparılır.
Polis karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verir, qaydalara məhəl qoymayan, polis qanunu tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir. Tibbi maskadan istifadə etməyən vətəndaşlar isə inzibati qaydada cərimələnir.
Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin iyunun 2-də təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Xəbəri paylaş
4218 dəfə oxunub.
Digər xəbərlər

27-07-2015, 12:01
İlham Zəkiyev: Gözüm işığı görmür, amma... (FOTO)
2-02-2017, 00:04
Bakıda 14 yaşlı qız hamilədir - Sevgilisi evdən qovdu +Video
31-10-2017, 11:13
Azərbaycanda işsizlərin çox olduğu rayonlar – SİYAHI
13-04-2015, 15:20
Bakıda qadını ölüm mənzilində haqladı
21-06-2019, 16:52
Ali Məhkəmə sədrinin maaşı artırılır-"3712 manat"
17-05-2016, 22:23
Mehriban Əliyeva 10 min məhkum üçün amnistiya istədi
18-10-2021, 08:56
Bu ərazilərə qar yağacaq - Bu günün havası
10-05-2017, 17:24
Müəllimin ölümcül döydüyü şagirdin məhkəməsi - 12 uşaq üzünə durdu