Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanıldı
Tarix: 03-06-2020 | Saat: 11:41
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Elmin Rüstəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, E.Rüstəmov oğurladığı velosipedlərin bir neçəsini satıb, noutbuk və bir neçə velosiped maddi sübut kimi götürülüb. Qaçırdığı avtomobillər isə yaşadığı evin yaxınlığında aşkar edilib.
Onun yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində E.Rüstəmov barəsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
Xəbəri paylaş
4178 dəfə oxunub.
Digər xəbərlər

24-11-2016, 11:05
Türkiyədə partlayış: 2 ölü, 16 yaralı - VİDEO
11-03-2021, 10:06
Ölkəmizdə siqaret bahalaşdı
20-12-2021, 13:39
Kəlbəcərli zülmkar Məhəmmədin Zərdabdakı fermasında qullar aşkarlandı: YEMƏYƏ ÖLMÜŞ, XƏSTƏ TOYUQLARI VERİRDİ...
8-01-2022, 17:43
Röya artıq çəkisi ilə diqqət çəkdi - FOTO
22-04-2016, 14:19
Üzüm yarpağının BİLMƏDİYİNİZ FAYDALARI
21-11-2018, 10:55
Döyülən direktorla bağlı açıqlama-"Vəziyyəti yaxşı deyil"
18-06-2020, 11:23
Nazarbayev koronavirusa yoluxdu
25-04-2017, 13:15
Kərimin arvadı və oğlu ilə yeni-fotosu
26-04-2016, 21:38
Qadınların ən həssas 4 nöqtəsi – Kişilər bilməlidir
8-12-2015, 10:43
Neftçilərin xatirəsi üçün dənizə qərənfil atıldı - FOTO