Virusa yoluxan qadının əri həkim və polisə yaba ilə hücum etdi - Azərbaycanda
Tarix: 02-06-2020 | Saat: 15:07
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə | çapa göndər
Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.
"Xeberaz.Az"-ın məlumatına görə, hadisə ötən gün qeydə alınıb.
Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi karantin xəstəxanasına yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik törədərək müqavimət göstərib və əlindəki yaba ilə onlara hücum edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasına faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: “Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.
E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.
Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Xəbəri paylaş
6628 dəfə oxunub.
Digər xəbərlər

28-05-2015, 22:09
Bakı Metropoliteni Avropa Oyunları ilə bağlı xüsusi plan hazırlayıb.
18-08-2015, 21:58
Ən bahalı pivə satılan şəhərlərin adları açıqlanıb
6-01-2017, 20:00
Dünya ölkələri nağd puldan imtina etməyə hazırlaşır
21-10-2016, 19:54
"Xəbəraz.az" saytının əməkdaşı - MÜKAFATLA TƏLTİF OLUNDU
27-09-2016, 10:51
Seyyid Əli Ağa Prezident İlham Əliyevi dəstəkləyir
10-07-2019, 11:13
İsmayıllıya leysan yağdı - Turistlər yolda qaldı
22-08-2016, 21:19
“06” “Mercedes”lə toqquşdu - Ölən var+Foto
9-07-2015, 20:05
Masazırda ağır qəza- Sürücü öldü+Fotolar
17-09-2017, 09:37
ABŞ İŞİD-i dəstəkləyir? - İranın sübutu var
25-10-2015, 13:23
Antiperspirant alarkən diqqətli olun!