Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Karantin qaydalarını pozan çay evi aşkarlandı
Tarix: 31-05-2020 | Saat: 14:24
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Karantin qaydalarını pozan çay evi aşkarlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan  verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Dəliməmmədli şəhər ərazisində Sərxan Mustafayevin icarəyə götürdüyü “Göyçə” kafesinin çay evi hissəsinin müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.
Bundan başqa çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan edilən qəlyan itifadə edilməsi də aşkar edilib.
Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.


Xəbəri paylaş

5568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___