Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ehsan Zahidov bıçaqlanan polisdən DANIŞDI
Tarix: 30-05-2020 | Saat: 14:35
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya | çapa göndər

Ehsan Zahidov bıçaqlanan polisdənDANIŞDI

Daxili İşlər Nazirliyi Bərdə rayonunda polis əməkdaşının bıçaqlanması məsələsinə münasibət bildirib.
"Xeberaz.Az"  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, bu gün səhər saat 11:00 radələrində rayonun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərova Bərdə Rayon Polis Şöbəsinə zəng edərək bildirib ki, hazırda atası və qardaşı tərəfindən döyülür:
“Həyatı təhlükədə olub. Dərhal RPŞ-nin Əməliyyat İstintaq qrupu kəndə yollanıb. Onlar qadının qardaşı tərəfindən döyüldüyünü görüblər. V.Cəfərovanı qardaşının əlindən alan zaman o, əlindəki bıçağı bacısına vurarkən polis əməkdaşı Eşqin Məmmədov özünü bıçağın qabağına atıb və bıçaq ona dəyib”.
E.Zahidov bildirib ki, polis öz həyatı bahasına başqasının həyatını xilas edib:
“Hazırda polis əməkdaşı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qızı döyən qardaşı Elşən Cəfərov da saxlanılaraq, RPŞ-ə gətirilib”.


Xəbəri paylaş

4708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___