Moskvada karantin rejiminin müddəti uzadıldı
Tarix: 28-05-2020 | Saat: 07:44
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Səhiyyə / M2 | çapa göndər
Rusiyanın paytaxtında koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq olunan özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək uzadılıb.
Bu barədə paytaxt meri Sergey Sobyanin bu gün fərman imzalayıb. Özünü təcrid rejimi ilə bərabər Moskvada xüsusi buraxılış və digər məhdudlaşdırıcı tədbirlərin də müddəti uzadılıb.
Moskva meri bu gün Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə iyun ayın 1-dən Moskva sakinlərində qrafiklə həftədə üç dəfə parklarda gəzintiyə çıxmağa icazə verilməsini təklif edib. O, bunun hələlik test rejimində həyata keçiriləcəyini bildirib.
Bununla belə, paytaxtda iyun ayın 14-nə kimi restoran, kafe, ticarət mərkəzləri və gözəllik salonlarının fəaliyyətinə icazə verilməyəcək. Sobyanin iyunun 1-dən məişət xidməti göstərən müəssisələrin açılacağını bildirib. Moskvada ictimai yerlərdə məcburi maska və əlcəkdən istifadə rejimi gücləndiriləcək.
Qeyd edək ki, Rusiyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayının 28-dən mərhələli şəkildə özünütəcrid rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistik məlumatlara görə, ölkə üzrə yeni növ virusa yoluxanların sayı 370 min 680 nəfərə çatıb.
Xəbəri paylaş
7818 dəfə oxunub.
Digər xəbərlər

5-10-2015, 23:29
Yağış Mingəçevir şəhərinin küçələrini keçilməz edib – VİDEO
8-10-2019, 12:25
Milli Məclis yeni Baş naziri təsdiqlədi
14-03-2015, 13:21
Simona Varqova: Azərbaycanlılar Slovakiyanı Sloveniya ilə səhv salırlar
22-05-2015, 23:07
“İnter” “Qarabağ”a qalib gəldi
19-06-2016, 12:44
Türkiyə Misiri qınadı
4-11-2015, 12:19
Yenə Bakıda meyit tapıldı
11-06-2016, 19:15
Ermənistan rejimi bununla əsl mahiyyətini göstərir - XİN
22-07-2017, 14:06
Ağsuda dəhşətli hadisə: iki azyaşlı öldü
27-03-2017, 14:01
Rəqsanənin qızı nişanını qaytarma xəbərini təsdiqləyib