İşçiləri işdən çıxaranlar cəzalandırılacaq - RƏSMİ
Tarix: 20-05-2020 | Saat: 17:34
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.
Nazirlikdən "Xeberaz.Az"-a verilən məlumata görə, məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır.
Bununla bağlı Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərib.
Bununla belə, nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə (mart və aprel aylarında) altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi, hətta bəzən bağlanmış əmək müqaviləsinə bir gün və ya bir neçə gün sonra xitam verildiyi müşahidə olunub.
Bu kimi halların təhlili aparılarkən bəzi işəgötürənlərin karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq məqsədilə müvafiq icazəni almaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqaviləsi bildirişlərini sistemə daxil etdiklərinə dair şübhələr yaranıb.
Səlahiyyətlərindən sui-istifadə etməklə əslində nəticə etibarilə karantin qaydalarının pozulmasına, pandemiyanın yayılmasının qarşısının alınması üçün aparılan işlərə maneə yaradan həmin işəgötürənlərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlarla bağlı toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib.
Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.
5668 dəfə oxunub.
Digər xəbərlər

18-08-2015, 16:11
Putin itii üçün çox darımışdır onun üçündə....
14-08-2017, 10:26
Xoşqədəmin əri və əkizləri ilə yeni fotoları
28-06-2020, 07:30
İşlərinizdə əhəmiyyətli dərəcədə irəliləyə bilərsiniz - BÜRCLƏR
11-06-2017, 11:00
“Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı
6-01-2017, 15:25
Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırılacaq
17-12-2016, 23:34
Qadınların saqqallı kişilərlə münasibətləri...
22-11-2017, 11:37
Məhəmməd Əmin Rəsulzadənin xanımının məzarı tapıldı – FOTOFAKT
9-07-2017, 21:43
Bu şəxs hər gün öz qəbrini ziyarət edir - Foto
10-06-2015, 13:45
Səhiyyə 24 saat ərzində işləyəcək