Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ailə üzvlərini yandıran kişiyə cinayət işi açıldı
Tarix: 08-04-2020 | Saat: 11:20
Bölmə:Bütün xəbərlər / M / Karusel / Hadisə / M2 | çapa göndər

Ailə üzvlərini yandıran kişiyəcinayət işi açıldı

Şəmkirdə kişinin ailə üzvlərini yandırması ilə bağlı cinayət işi başlanıb.
"Xeberaz.Az"-ın məlumatına görə, fakta görə Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.



Aparılan araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayonu Seyfəli kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu yaşadığı evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qisas məqsədilə özü ilə gətirdiyi benzini oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev və gəlini 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahiddin qızının üzərinə və evin içərisinə tökərək yandırıb.
Hadisə zamanı oğlu Əkbər Vəliyev, gəlini N.Hüseynova, evdə olan arvadı 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı və 2016-cı il təvəllüdlü nəvəsi Yaqubova Banu Əkbər qızı yanıq xəsarətləri ilə Gəncə şəhər Xəstəxanasına aparılıb, V.Yaqubov hadisə yerindən qaçıb.
V.Yaqubov barəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində o tutularaq istintaqa təhvil verilib.


Xəbəri paylaş

4528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___