Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalovdan Şeyxə "ŞİLLƏ" kimi cavab
Tarix: 28-03-2020 | Saat: 14:14
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər

Xalq Artisti Şeyx Əbdül: "Kirayə qalan oğlana qız verənin ağlı yoxdur" bildirdiyi fikir cəmiyyətdə bir mənalı qarşılanmayıb.
Tanınmış xadim Aqil Acalov şəxsi "instagram" səhifəsində Şeyx Əbdülə belə cavab verib.
Olduğu kimi sizlərə təqdim edirik.
Bir azərbaycanlı ziyalının fikri məyusluq və təəssüf hissi doğurdu məndə. "Kirayə qalan oğlana qız verənin ağlı yoxdur"?! Bəs qızı verdiyin imkanlı biznesmenin biznesinin batmayacağından kim sığortalayır sizi? Şərəf, mənlik, şəxsiyyət pulla ölçülmür. Insanın özünün mənəvi dəyərləri, vicdanı, şərəfi nə qədər alçalmış olmalıdır ki, hansısa insana maddi durumuna görə qiymət versin. Bərabərlik, birlikdəlik, münasibət, ailə - bunlar maddi deyil, mənəvi dəyərlərin vəhdətindən səadətə gətirib çıxara bilər ancaq. Pulun bir müflis durumla yox ola bilər, evin içində hörmət, şəfqət olmadıqca saray da olsa cəhənnəmə çevrilər və s. Ama insanin insana hörməti, mərhəməti, sevgisi, qayğısının olduğu evdə süfrə başında bir tikə çörəyi belə insana dünyanın bütün nemətlərindən daha bol gələr. 
Birincisi, kişi ailə məsuliyyəti daşıya bilirsə kirayədə qalsa belə ailəsinə sahib çıxacaq, qayğı göstərəcək, məsuliyyəti və insanlığı yoxsa sarayı da zindan edəcək ailəsinə. 
İkincisi, qadına doğru ayaqqabıları ver sənin üçün dünyanı da fəth edər deyiblər. Kişinin qadına münasibətidir vacib olan, o doğru münasibəti göstərdikdən sonra birlikdə bütün arzuları fəth edə, bütün məqsədlərinə nail ola bilərlər. 
Uzun sözün qısası Allah hər kəsə insanın da, çörəyin da halalını nəsib etsin!



1 5248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___