Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni tətbiq: telefona yükləyin və koronadan uzaq olun!
Tarix: 24-03-2020 | Saat: 02:58
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Texnologiya | çapa göndər


Martın 22-də İsrail Səhiyyə Nazirliyi “Android” və “İOS” mobil telefonları üçün "Magen" adlı bir tətbiq təqdim edib.
"Xeberaz.Az" xəbər verir ki, tətbiq telefonunuzun hərəkətlərini izləyir və koronavirus diaqnozu qoyulmuş xəstələrin yaxınlığından keçib-keçmədiyiniz haqda sizə məlumat verir.
Tətbiq telefonun sahibi ilə diaqnozdan 14 gün əvvəl baş verənlər də daxil olmaqla, koronavirus diaqnozu qoyulmuş xəstələr arasındakı əlaqələri müəyyən etməyə imkan verir. Bu tətbiq sahibinə ən qısa müddətdə yoluxmuş bir şəxslə təmaslar haqqında xəbərdarlıqlar və təzə məlumatlar almağa və bununla da özlərini təcrid etmək və sevdiklərini qorumaq üçün tədbirlər görməyə imkan verən texnoloji vasitədir.
Sabit bir ünsiyyət vəziyyətində tətbiq hətta yoluxmuş şəxslə üz-üzə gəldiyiniz yer və zaman haqqında məlumat verir.
Tətbiq mexanizmi belədir: Tətbiq telefonunuzdan götürdüyünüz yer barədə məlumatları saxlayır və Səhiyyə Nazirliyinin epidemioloji araşdırması zamanı əldə edilmiş diaqnoz qoyulmuş xəstələrin son günlərdə vaxt keçirdikləri ərazilərlə müqayisə edir. Səhiyyə Nazirliyinin məlumatları daim yenilənir və tətbiq vasitəsilə telefonunuza göndərilir. Sonra isə telefonunuzda marşrutlarınız diaqnoz qoyulan xəstələrin yolları ilə müqayisə olunur. Əgər hər hansı bir kəsişmə müşahidə olunarsa, sizə Səhiyyə Nazirliyinin məlumatlarına daxil olmaq üçün keçid göndərilir. Bu keçiddə isə hansı addımlar atmalı olduğunuzu və ev karantininin başlanğıcı barədə məlumatlar verilir.
Tətbiq pulsuzdur.


Xəbəri paylaş

8058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___