Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Narkotik alverçiləri saxlanıldı
Tarix: 28-02-2020 | Saat: 12:19
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Bakıda daha bir narkotik alverçisi saxlanılıb.
Daxil İşlər Nazirliyindən  verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini F.Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Füzuli rayon sakini V.Novruzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 24 qrama yaxın heroin aşkar edilərək götürülüb.
V.Novruzova narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Rəsulov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 250 qramdan artıq heroin, 2 qram metamfetamin, 1 ədəd elektron tərəzi, evindən isə 2 kiloqram heroin aşkar edilərək götürülüb.


Xəbəri paylaş

4208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___