"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham Əliyev
Tarix: 22-02-2020 | Saat: 09:22
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər

“Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır”.
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir: “Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik”.
Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artdığını diqqətə çatdıran Azərbaycan Prezidenti vurğulayıb ki, bu, dünya miqyasında rekord göstəricidir: “Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır”.
3618 dəfə oxunub.
Digər xəbərlər

1-10-2015, 00:12
Cibi boşaldan gözəllik salonları - VİDEO
30-04-2016, 19:06
Ermənistan ordusunun daha 4 hərbçisi ağır yaralanıb
12-09-2016, 23:23
Ayrılıq ağrısını və kədəri unutduran qidalar
28-01-2017, 19:44
Min ayədən üstün olan ayə
19-03-2017, 18:49
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi keçirildi - FOTOLAR
18-05-2017, 21:04
İki sevgilisi ilə eyni evdə yaşayır, ikisi də hamilədir - FOTO
24-06-2016, 13:12
Milli Məclisin növbədənkənar iclası başladı
15-03-2015, 23:09
Cinlər həqiqətən mövcuddurmu?
23-04-2019, 14:08
Azərbaycanda bu şəxslərin pensiyası artacaq – Dəyişiklik qəbul olundu
23-06-2018, 14:36
Gömrükdən yalnız bu qədər qızıl və pul keçirmək olar