Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygün Muradxanlı, Bakı camaatı heç vaxt dilənçi olmayıb! - VİDEO
Tarix: 19-02-2020 | Saat: 20:51
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Ekskluziv | çapa göndər

Aygün Muradxanlı, Bakı camaatı heç vaxt dilənçi olmayıb!


Deputat mandatını cibinə qoyub “qılıncının həm dalı, həm də qabağı” ilə kəsəcəyinə dair ümidləri puça çıxmış namizəd seçiciləri təhqir etməkdən hələ də əl çəkmir

Bir insan nə qədər düşüncəsiz, nə qədər zavallı olmalıdır ki, dünən səslərini ala bilmək üçün yalvardığı insanları, bu gün öz uğursuzluğunun hayıfını çıxmaq xatirinə olmayan günahlarda suçlayıb, onları təhqir etməyə qalxsın! Kimin ağlına gələr ki, tarixən Bakı kəndləri arasında zənginliyi ilə ad çıxarmış Maştağa, Nardaran kimi kəndlərin sakinlərini 10 manata görə şəxsiyyət vəsiqələrini girov qoymaq, səslərini satmaq kimi rüsvayçı əməllərdə ittiham etsin?! 

Biz artıq keçən materiallarda da bildirmişdik ki, 9 fevral Parlament seçkilərindən öncə 28 saylı Sabunçu üçüncü Seçki dairəsinə aid ərazilərdə də tərəfimizdən sosioloji sorğu aparılmışdır. Məqsədimiz isə bu seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Nəticədə müəyyən olunmuşdu ki, sorğuda iştirak edənlərin böyük əksəriyyərti Milli Məclisə deputatlığa namizəd Eldar Quliyevə etimad göstərəcəklərini bildiriblər. Elə fevralın 9-da baş tutmuş seçkilərin də nəticələri məhz bu namizədin çox böyük üstünlüyə malik olduğunu göstərdi. Belə ki, dairənin 38 məntəqəsində Eldar Quliyevin topladığı səslərin sayı, özünü favorit kimi təqdim etmək, daha doğrusu görmək istəyən Aygün Süleymanlının (Aygün Muradxanlının) topladığından 8-9 dəfə artıq oldu. Bu fakt səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının müvafiq protokolunda da öz əksini tapıb. Həm də bu nəticə məntiqi və gözlənilən idi. Çünki ötən illər ərzində insanlar Eldar Quliyevin bir deputat kimi fəaliyyətindən çox razı olublar. İndi onları nə məcbur edə bilərdi ki, paranoidal ittiham və iddialarla, bir də etik normalara zidd kəlmələrlə zəngin çıxışlarından başqa heç nə ilə yadda qalmayan Aygün Süleymanlını özlərinə təmsilçi seçsinlər? Xatırlayırsınızsa, bu namizədin bütün təşviqat kampaniyası dövründə az sayda seçicilərlə yeganə bir görüşü baş tutdu ki, bundan da sonra insanlar faktiki olaraq onun tədbirlərini baykot etdilər. Hətta məcburiyyət qarşısında qalaraq, Aygün Süleymanlı seçicilərin evlərinə getməyə başladıqda belə, bir çoxları onun üçün qapını belə açmırdılar. Yəni, bu namizədin reytinqi açıq-aşkar 0 həddində idi.



28 saylı Sabunçu üçüncü Seçki dairəsindən doqquz nəfər namizədin iştirak etdiyi seçkilər başa çatdıqdan sonra, bu dairədən iki namizəd – Aygün Süleymanlı və Taleh Poladzadə, Zabrat və Maştağa qəsəbələrində yerləşən iki seçki məntəqəsində guya ki, hansısa prosedur pozuntularını əsas gətirərək MSK-ya şikayət etdilər. MSK-da bu şikayət hər iki namizədin iştirakı ilə araşdırıldı və müəyyən edildi ki, namizədlərin etirazları əslində seçkilərlə deyil, sırf şəxsi xarakter daşıyan bir insidentlə bağlıdır. Ayrıca, Aygün Süleymanlı və onun müşahidəçi qismində çıxış edən daha bir ailə üzvü Maştağada yerləşən seçki məntəqəsində əsil şou göstərmişdilər. Ən əsası da budur ki, Aygün Süleymanlı-Muradxanlının şousu hələ də davam edir... 
Çox qəribədir, bir jurnalist tək bir insan barəsində hansısa materialda təhqiramiz bir ifadə işlətdikdə, onu dərhal məhkəməyə cəlb edirlər. Amma Aygün Muradxanlı bütöv bir kəndin, hətta birdən-birə dörd kəndin sakinlərini də, ağsaqqallarını da, din xadimlərini də təhqir edir, şərəf və ləyaqətlərini alçaltmağa çalışır, onlara olmazın iftiralar atır və bunun müqabilində ona “gözün üstə qaşın var”, deyəndə olmur... Niyə? Hə, deyə bilərsiniz ki, cəmiyyət artıq bu xanımın paranoidal çıxışlarına öyrəncəli olub. Hətta gözləmək lazımdır ki, bu uğursuz namizədin növbəti iftira və təhqir hədəfləri onun öz qohum-əqrəbaları da olacaqlar. Səbəb də budur ki, bu qohumlar seçki günü 2 saylı məntəqədə məhz Eldar Quliyevə səs veriblər. Amma hər şeyin də bir həddi olmalıdır axı. Bir tərəfdən də bəzi məsuliyyətsiz həmkarlarımız Aygün Muradxanlının xəstə təxəyyülünün məhsulu olan cəfəngiyyatlara öz yazılarında da istinad edirlər. Görəsən bu insanlar necə böyük bir xətaya yol verdiklərinin fərqindədirlərmi? 

Görün belə yazılardan birində Maştağa kəndinin yetirməsi kimi təqdim olunan Aygün Muradxanlı öz həmkəndliləri barədə nə fikirdədir: “...demək olar, hər gün onun seçki ofisinin rəhbəri (Eldar Quliyevin köməkçisi) Yaşar adlı şəxsin birbaşa rəhbərliyi ilə Maştağa, Bilgəh, Nardaran, Zabrat kəndinin aztəminatlı ailələrinə ərzaq göndərilib. Təxminən 10 manatlıq ərzaq qarşılığında seçicilərdən şəxsiyyət vəsiqələri tələb olunub. Bunun qarşılığında isə hər bir vətəndaşa ayrıca göstəriş verilib ki, ...” İnanın ki, bundan qat-qat daha az alçaldıcı təhqirlər üstündə məhkəmə salonlarında dizin-dizin sürünənlər olub. Əgər sən öz mənliyini, şəxsiyyətini 10 manata satmağa hazırsansa, bunu bütün həmkəndlilərinə hansı əsasla şamil edirsən?

Amma bu, hələ hamısı deyil. Diqqət edin: “Xüsusi tapşırıqla 20 manat qarşılığında həkimlər, tibb bacıları, orta məktəb işçiləri kütləvi şəkildə Eldar Quliyevlə görüşə gətirilib...” Bütün təşviqat kampaniyası boyunca Aygün Muradxanlı və onun tək-tük tərəfdarları bar-bar bağırırdılar ki, Eldar Quliyev öz kampaniyası üçün geninə-boluna inzibati “rıçaq”lardan yararlanır. Yəni dövlət işində çalışanlar məhz bu namizədə səs verməyə məcburi qaydada hazırlanırlar. İndi nə oldu ki, həmin o “rıçaq”lar işləmədi və Eldar Quliyev həkimlərə, tibb bacılarına, orta məktəb işçilərinə də pul paylamalı oldu? 
Gəlin bəzi mətbu orqanlarında yazılanların təhlilinə davam edək. Aygün Muradxanlı ona etimad göstərməyən vətəndaşları təhqir etməklə də hirsini soyuda bilməyib, artıq insanların mənəvi güvənc yerinə də əl atıb. Siz bir iddiaya baxın: “...məscidin axundu da daim onun çevrəsində olub. Maştağa məscidinin minbərində Eldar Quliyev üçün təbliğat aparan dindarlar buna görə seçki kampaniyası boyu xüsusi maaşa bağlanıb.” Bakı kəndləri sakinlərinin din, şəriət xüsusunda nə qədər həssas olduqları hamıya məlumdur. Aygün Muradxanlı, bu insanların etimadını belə çürük əqidəyləmi qazanacağınızı düşünürdüz? Dindarları şərləməklə, məscidlərimizin qapılarına çamur atmaqla? Yoxsa, öz namusuna sığınıb halal zəhmətilə ruzi qazanan, ailə büdcələrinə dəstək verməyə çalışan qadınları kölə-qul adlandırmaqla? Kimin ağlına gələ bilərdi belə bir ifadə – qadın qul bazarı... Bəli, Aygün Muradxanlı özünün fb səhifəsində dərc etdiyi növbəti yazısında daimi iş yerləri olmayan qadınların günəmuzd təmizlik işlərinə qatılmaq üçün Maştağa qəsəbəsində toplaşdıqları məkanı məhz belə adlandırıb! Hərçənd buraya gündəlik iş üçün gələn qadınlar Maştağa sakinləri də deyillər, lakin istənilən halda onların təhqir olunmasına biganə qalmaq özü böyük qəbahətdir. Səhv etmirəmsə sivil insanlar belə məkanları əmək birjası adlandırırlar və burada iş almaqda heç bir utancverici məqam yoxdur. Əlbəttə, əgər sizin insanları şantaj etməklə və ya kimlərinsə sifarişilə onlara iftira yağdırmaqla pul qazanmaq kimi bir bacarığınız varsa, təbii ki, halal zəhmət anlayışı sizə yad olacaq... 

Amma kimsə düşünürsə ki, artıq bundan da o yanası yoxdur, inanın ki, həmin adam səhv edir. Həqiqətən də Aygün Muradxanlının xəstə təxəyyülü hədd nə olduğunu bilmir. İndi də növbəti cümlələrə diqqət edin: “Bu seçkini kim keçirib? Niyə verdiyimiz rəsmi şikayətlərə, bunca tutarlı faktlara məhəl qoyan yoxdur? Nardaranın girişində post qurub, sadə vətəndaşı incidən, içərisində isə casuslara meydan verənlər kimlərdir?” Özünüzə gəlin, Aygün Muradxanlı! Bu seçkiləri də Azərbaycan dövləti keçirib, Nardaranın girişində postu da Azərbaycan dövləti qurub. Həm də öz vətəndaşlarının və ilk növbədə elə Nardaranlıların asayişini təmin etmək məqsədilə. Qurub ki, məhz sizin kimilər dövlət əleyhinə çıxışlarıyla, iğtişaşa çağırışlarıyla insanların rahatlığını poza biməsinlər.

Son olaraq bir məqamı da xüsusi vurğulamaq istərdik ki, biz bu gün də Aygün Muradxanlının həqiqətən də şizofrenik qarabasmalar həddinə çatan iddialarına qarşı biganə qala bilmirik. Məhz bu səbəbdən də, Aygün Muradxanlının növbəti iftiraları ilə tanış olan kimi əməkdaşlarımız bu pul məsələsinə yüzə-yüz aydınlıq gətirmək üçün dünən bir daha Maştağa, Nardaran, Zabrat və Bigəh qəsəbələrində olublar. Sorub-soruşdurduğumuz insanlardan bircə nəfəri belə nə seçki öncəsi kimlərsə tərəfindən seçicilərə pul paylanmsı söhbətini təsdiqləmədi, nə də seçkilərin nəticələrinə dair etiraz bildirmədi. Əksinə, hamı bir ağızdan deyir ki, elə istədiyimiz namizədi də deputat seçmişik. Artıq dediyimiz kimi, heç bir mənəvi dəyərlərə qiymət verməyən Aygün Muradxanlı tərəfindən böhtan və təhqirlərə məruz qoyulan insanlardan biri də Bakı kəndlərində xüsusi hörməti, nüfuzu olan Hacıağa Nuriyev olmuşdur. Elə əməkdaşlarımız da Nardaranda bu ağsaqqalla görüşmüş və başa çatmış seçkilər barədə onun fikirlərini, eləcə də mətbuatda ona qarşı səsləndirilən ittihamlara münasibətini öyrənmişlər. Hacıağa Nuriyevlə baş tutmuş son dərəcə maraqlı söhbətimizin video-yazısını aşağıda izləyə bilərsiniz. 


aia.az











Xəbəri paylaş

4528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___