Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda etirazçı qadını polis idarəsinin rəhbərliyi qəbul etdi
Tarix: 11-02-2020 | Saat: 15:45
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Bakıda etirazçı qadını polis idarəsinin rəhbərliyi qəbul etdi
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birinin qarşısında hüquqlarının pozulması ilə bağlı şikayət edən Saraxanım Ağayeva polis əməkdaşları tərəfindən Yasamal Rayon Polis İdarəsinə dəvət olunaraq rəhbərlik tərəfindən qəbul edilərək dinlənilib.
Bu barədə "xeberaz.az"-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, qəbul zamanı vətəndaş bildirib ki, 2010-ci ildə oğlu Ceyhun Aslanov tanışı Bahadur Qasımova məxsus Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən mənzili ömürlük renta müqaviləsi bağlayaraq, ömürünün sonuna kimi saxlaması, eləcə də mənzilə dair bütün xərcləri ödəməsi öhdəliyini üzərinə götürərək 40 000 manat xərcələyib. 2018-ci ildə B.Qasımov vəfat etdikdən sonra qardaşı Platon Qasımov müqavilənin ləğv olunması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etməsi onların arasında mülki mübahisənin yaranmasına səbəb olub.
Vətəndaşın şikayəti üzrə xüsasatlar polis idarəsində tam və hərtərəfli araşdırılmaqla, qanunvericiliyin tələbləri onun diqqətinə çatdırılıb, mübahisə doğuran halların araşdırılması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilib.


Xəbəri paylaş

5758 dəfə oxunub.

Digər xəbərlər
29-08-2015, 13:06 “Neft 60 dollar olacaq“

bütün xəbərlər
____ Instagram ___