Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mahmud Abbas Trampın Yaxın Şərq planını sui-qəsd adlandırdı
Tarix: 29-01-2020 | Saat: 07:52
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Dünya / Aktual | çapa göndər

Mahmud Abbas Trampın Yaxın Şərq planını sui-qəsd adlandırdı

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb.
"Xeberaz.Az" TASS-a istinadən xəbər verir ki, bu barədə o, Fələstin Televiziyasının birbaşa yayımında çıxış edərkən bildirib.
"Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik", - o deyib.
Mahmud Abbasın sözlərinə görə, Fələstin probleminin aradan qaldırılması üzrə planlar müvəffəqiyyətsizliyə uğrayacaq. "Biz diz çökməyəcəyik və təslim olmayacağıq. Fələstin məsələsinin aradan qaldırılması ilə bağlı sui-qəsdlər, sazişlər və xain planlar müvəffəqiyyətsizliyə məhkumdur. Bu çətin anda mən fələstinlilərə çağırış edərək birləşməyə və milli layihənin aradan qaldırılması üzrə plandan imtina etməyə müraciət edirəm", - o deyib.


Xəbəri paylaş

4798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___