Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan dənizçiləri 3 miqrantın həyatını xilas etdilər (Foto)
Tarix: 11-01-2020 | Saat: 17:48
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

Azərbaycan dənizçiləri 3 miqrantın həyatını xilas etdilər(Foto)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda üzən Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” gəmisi Yunanıstanın İon dənizində qəzaya uğrayan qayıqdakı miqrantların xilasetmə əməliyyatında iştirak edib.
"Xeberaz.Az" ASCO-ya istinadən xəbər verir ki, hadisənin baş verdiyi vaxt Rusiyanın Taqanroq limanından Albaniyanın Durres limanına gedən və qəzanın qeydə alındığı ərazinin yaxınlığında olan ASCO-nun “Maestro Niyazi” quru yük gəmisi bu gün yerli vaxtla 09:14-də daxil olmuş SOS siqnalı əsasında dərhal köməyə yollanıb. Azərbaycan dənizçiləri təxirəsalınmaz və peşəkar yardım göstəriblər. Onların səyi nəticəsində Əfqanıstandan olan 1994-cü il təvəllüdlü Sultani Cəmşid, 2003-cü il təvəllüdlü Rzai Cabbar, 1996-cı il təvəllüdlü Muhammed Rəşid adlı üç miqrantın həyatı xilas olunub, daha bir nəfərin cəsədi sudan çıxarılıb.
Sağ qalan miqrantlar gəminin göyərtəsinə götürüldükdən sonra dənizçilərimiz tərəfindən isti yemək və geyimlə təmin olunub, həmçinin onlara digər zəruri əşyalar verilib.
Miqrantlar aidiyyatı üzrə təhvil veriləcəklər.
  • Azərbaycan dənizçiləri 3 miqrantın həyatını xilas etdilər(Foto)
  • Azərbaycan dənizçiləri 3 miqrantın həyatını xilas etdilər(Foto)
  • Azərbaycan dənizçiləri 3 miqrantın həyatını xilas etdilər(Foto)
  • Azərbaycan dənizçiləri 3 miqrantın həyatını xilas etdilər(Foto)
  • Azərbaycan dənizçiləri 3 miqrantın həyatını xilas etdilər(Foto)



Xəbəri paylaş

5548 dəfə oxunub.

Digər xəbərlər
6-05-2016, 00:08 ANAMA parkda mərmi tapdı

bütün xəbərlər
____ Instagram ___