Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bu adam özünü apara bilmirsə, çağırdığı qonaqların vasitəsilə tamaşaçıları hara apara bilər?”
Tarix: 08-12-2019 | Saat: 14:30
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Şou-Biznes / Maraqlı / Həftə-Reytinq | çapa göndər



Yazıçı Seyran Səxavət Lider TV-nin efirində yayımlana  “Qum saatı” verilişinin aparıcısı, aktyor Elçin Cahangirli tərəfindən aldadıldığını bildirib. 

S.Səxavət Moderator.az-ın redaksiyasına zəng vuraraq aparıcı E.Cahangirlinin ona qarşı etdiyi hörmətsizliyi heç cür həzm edə bilmədiyini deyib:

“Aparıcı Elçin Cahangirli mənə zəng vurub ötən həftə yayımlanan verilişinə dəvət etdi. Mən də soruşdum ki, mövzu nə olacaq? O, da dedi ki, şəhidlərlə bağlıdır. Şəhidlər isə elə bir müqəddəs mövzudur ki, hamımız ora dizin-dizin, sürünə-sürünə getməliyik. Mən Mərdəkan kimi bir yerdə yaşayıram və burdan Bakıya gəlməyin özü də ayrı bir problemdir. Hazırlaşırdım ki, verilişə gəlim aparıcı zəng vurub dedi ki, bu mövzu sonraya qaldı. İki sonra yenidən zəng vurub dedi ki, “Qarabağ və vətənpərvərlik” adlı mövzumuz var və sizi verilişə dəvət edirik. Bu da bizim üçün vacib bir mövzuydu, çünki şəhidlərimiz elə Qarabağ uğrunda şəhid olublar. Mən də söz verdim ki, verilişə gələcəm və bunun üçün bir saat vaxt ayıra biləcəyimi bildirdim. 

Veriliş deyilən vaxtdan da gec başladı və gördüm ki, üç xanəndə və bir aktrisa qonaqdı. Baxdım ki, bunlar tamamilə başqa şeydən danışır. Sonradan öyrəndim ki, hansısa təşkilat E.Cahangirliyə seriala çəkildiyinə görə mükafat verib və verilişi də o özünə həsr edib. Mənə isə demişdi ki, mövzu Qarabağ olacaq və verilişdə də iki nəfər qonaq olacaqsınız. Sonradan başa düşdüm ki, mövzu başqadır və ayağa durub E.Cahangirliyə dedim ki, “axı sən məni Qarabağ mövzusuyl bağlı çağırmışdın, nə oldu?” O, da sırtıqcasına cavab verdi ki, “nə olsun e, bu da verilişdi də”. Hesab edirəm ki, bu mənəvi dələduzluqdur və Lider televiziyasının rəhbərliyi bu barədə fikirləşsin, çünki bu kanal bizim ortada olan kanallardan biridir və yaxşı verilişləri də var. Yəni bu cür yalançı, mənəvi dələduz aparıcılar Lider televiziyasını ancaq yalançılığa, sözünün üstündə durmamağa, adamları aldadıb verilişə çağırmağa aparıb çıxara bilər. Bu adam heç özünü apara bilmirsə, bizi ora çağırdığı qonaqları və onların vasitəsilə tamaşaçıları hara apara bilər? Bunu Allah bilir. Mən öz narazılığımı bildirirəm və düşünürəm ki, bu cür adamları televiziya məkanından uzaqlaşdırmaq lazımdır. Lider TV-nin prezidenti Ədalət Əliyevdən xahiş edirəm ki, bu barədə ölçü götürsün, çünki o, adam telekanala yaraşmır”.   



4148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___