Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qalmasını istəyirik” – Qurbanov dəyişikliklərdən danışdı
Tarix: 07-12-2019 | Saat: 04:37
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / İdman / M2 | çapa göndər

“Qalmasını istəyirik” –Qurbanov dəyişikliklərdən danışdı

Premyer Liqada 14-cü turun “Qarabağ” – “Keşlə” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

"Bir xal qazandıq. Mövsümün ilk yarısını tamamladıq. Qalib gəlsəydik, daha yaxşı olardı. Ancaq həmişə hər qazanılan xala böyük dəyər vermişəm. “Keşlə” son oyunları yaxşı səviyyədə keçirir. Düzgün təşkilatlanmış kollektivdir. Onlara uğur arzulayıram. Qarşıda Avropa Liqasında son oyunumuz və 2 kubok matçımız qalıb. Hər birinə yaxşı hazırlaşmalıyıq".

- Komandada fiziki və psixoloji yorğunluq hiss olunur. Bunun üçün xüsusi nəsə fikirləşmisizmi?

- Bəli, bu nüanslar var. Komanda həddən artıq yüklənib. Bir variant var ki, futbolçuların yanında olmalıyıq. Həm mən, həm rəhbərlik, həm də azarkeşlər. Mövsümün ikinci yarısı daha gərgin olacaq. Qarşıdakı görüşlərə maksimum yaxşı hazırlaşmalı və düzgün oyun göstərməliyik. Hər bir halda, futbolçuların yanındayıq. Onlardan əlavə nəsə tələb etmək düzgün deyil. Futbolçularımı yaxşı tanıyıram. Onlar daha artığına layiqdilər və qadirdilər.

- Asmir Beqoviç “Qarabağ”a gəlişindən sonra ilk dəfə ehtiyatda qaldı. Bu, onun gedəcəyinə işarə idi?

- İlin sonunda müqaviləsi başa çatır. Ancaq rəhbərliklə danışıq aparacağıq. Qalmasını istəyirik. Bizdən asılı olanı edəcəyik. İndi dəqiq cavab verə bilmərəm. Özü ilə danışmışıq, qalmaq istəyir. Bakını xoşlayır, komandaya qarşı pozitivdir. Bu məsələ təxminən 1 aya həll olunacaq. Qapıçı ilə bağlı rotasiyalar həmişə etmişik. Düzdür, Asmir gələndən sonra olmamışdı. Hər halda, normal, adi dəyişiklikdir.

- Filip Ozobiçlə bağlı risk etmək istəmədəyiniz görünür. O, ilin son oyunlarında meydana çıxa bilərmi?

- Ümumən hazırlığı pis getmir. Son məşqləri komanda ilə tam keçib. Qarşıdakı oyunlarda imkan olsa, oynamasına şərait yaradacağıq ki, kollektivi hiss etsin və qış hazırlığında tam bərpa olunsun. Oynamaq ehtimalı var.



2778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___