Yol polisindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Tarix: 04-12-2019 | Saat: 11:34
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.
İdarədən verilən məlumatda xatırladılıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir:
"Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar.
Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.
Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.
Piyadalara, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik".
Xəbəri paylaş
5168 dəfə oxunub.
Digər xəbərlər

30-06-2022, 13:27
İyulun ilk günü küləkli olacaq - Proqnoz
14-04-2016, 12:39
Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
22-02-2018, 12:46
Bayıl sakinləri kirayəpulunun məbləğindən NARAZIDIR
3-03-2017, 18:16
"Tramp" oteli yandı
10-02-2016, 23:35
Müğənnilərin ödədikləri verginin həcmi açıqlandı - VİDEO
21-05-2016, 13:59
Poroşe nko İstanbula gedir
19-05-2018, 19:26
Daha bir körpə doğuş zamanı öldü
21-09-2015, 01:55
PKK Almaniyada polisə hücum etdi