Prokuror vəzifəli şəxsi şantaj edən dəstə üzvlərinə cəza istəyib
Tarix: 03-12-2019 | Saat: 19:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəmə prosesi davam edib.
"Report" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı çıxışında Elşən Cabbarovun 12 il, Təbriz Əsədov və Məmməd Cəfərovun hər birinin 11 il, Şüşəxanım Ədirova və Elza Bünyatovanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, ötən ilin oktyabrında həbs edilən Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. İttihama görə, Elşən Cabbarov digərləri ilə əlbir olaraq Bulat Ağabəyovu şantaj edərək ondan hər ay 7 min manat pul alıb. Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinib.
İstintaq orqanı tərəfindən Elşən Cabbarova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Xəbəri paylaş
4738 dəfə oxunub.
Digər xəbərlər

4-03-2016, 10:00
Neftin qiyməti 37 dolları ötdü
21-03-2019, 14:21
"Heç kim mənə təsəlli verə bilmir" - Əri ölən əməkdar artist
5-02-2016, 13:25
“Heydər Əliyev tələbə yoldaşları ilə - Fotolar
23-04-2021, 13:42
Azərbaycanda nəhəng aqropark - “FOODCİTY AGROPARK” fəaliyyətə başlayır
5-03-2020, 16:00
İlham Əliyev yeni icra başçılarını qəbul etdi
21-03-2017, 20:59
ABŞ-dan müsəlman ölkələrinə - Növbəti qadağa
26-04-2022, 11:13
Abşeronda avtomobillə mopedlər toqquşub, ölən var
29-12-2021, 11:15
DİQQƏT! Uşaqlar arasında bu xəstəlik sürətlə yayılır - XƏBƏRDARLIQ