Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİN və Baş Prokurorluq məlumat yaydı - Gəncədəki qətllə bağlı
Tarix: 11-11-2019 | Saat: 13:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Hadisə / Araşdırma | çapa göndər

DİN və Baş Prokurorluq məlumat yaydı- Gəncədəki qətllə bağlı

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Gəncə şəhərində valyutadəyişmə məntəqəsinin işçisinin bıçaqlanaraq öldürülməsi barədə birgə məlumat yayıb. 
"Xeberaz.Az" xəbər verir ki, məlumatda deyilir: 
"Noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. 
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 
İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Nicat Dajban Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Qeyd edək ki, M.Əliyev Gəncədə valyutadəyişmə məntəqəsində işləyirmiş.



5528 dəfə oxunub.

Digər xəbərlər
15-09-2017, 21:51 Eşq

bütün xəbərlər
____ Instagram ___