Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayraq adam-Natiq Qasımovu Bayraq günündə belə yad etdilər.
Tarix: 10-11-2019 | Saat: 22:05
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Reportaj | çapa göndər


9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. Bugün bu şanlı tarixdən düz 101 il keçir. 20-ci əsrin sonlarında Azərbaycana ocaq başında daim çörəyini yetib suyunu içərək donda naxələflik və nankorluq edən ermənilər elan olunmamış müharibə və qətliamlarla soydaşlarımıza qarşı amansız və misilsiz faciələr yaşatdı. Bu ağrı acılara hər an belə biganə qalmayan neçə neçə oğullarımız könüllü olaraq silaha sarılıb düşmən üzərinə getməyi planıaşdırdı. 
Bu oğullardan biri də bu yurdun Mingəçevir adlı şəhərindən olan Natiq Qasımov adlı gənc vətənpərvəri olmuşdur. Gənc və yeniyetmə olan Natiq, yaşadığı Mingəçevir şəhərində kinomexanik işləyirdi, vətəninin ayrılmaz bir hissəsi olan Qarabağ Ermənistan münaqişəsi onun içini göynədirdi. Günlərin bir günü Natiq evdə də heçkimə demədən əynindəki mülki paltarla birbaşa cəbhə bölgəsinə yollanır, Ağdam uğrunda gedən qeyribərabər döyüşlərdə yaxından iştirak edir. Rayonda olan Alban kilsəsindən kəşfiyyat xarakterli döyüş əməliyyatını təkbaşına aparmaq qərarına gəlir. O sığınacaq kimi seçdiyi mövqe olan kilsədən bu rayona hücum edən düşmənlərin bir neçəsini avtomat silahla məhv edir. Oradakı asılan bayrağımızı düşmən əlinə keçməsin deyə döyüşdə də özü ilə saxlayır. Bir neçə gün erməniləri təşviş uçində qoyur Natiq. Oranı mühasirəyə alan düşmən qüvvələri elə zənn edir ki, kilsə içindən onlara yalnız bir  deyil birneçə nəfər atəş açır, çünki Natiq Mövqeyini tez tez dəyişir, düşmən isə oraya yaxınlaşmağa heçcür cəsarəti çatmır.Nəhayət hiyləgər düşmən bizim bir millət olaraq biri birimizə soydaşlığdan irəli gələrək millətçi olduğumuzu bildiyindən 35 nəfər Ağdam sakinini əsir kimi onu xəbərdar edir. NATİQ bir özünə görə bu qədər soydaşının işgəncələrə məruz qalmaması üçün əlində bayraq kilsəni tərk edərək alnı açıq düşmən üzərinə yeriməyə başlayır. Bir daha qorxaq düşmənlər, onun hələ də üzərində qumbara vəya figər silah oımasından bərk ehtiyat edərək onun əsir götürülməsində xeyli müddət yaxınlaşa bilmirlər. Daha sonra onlar Natiqin yalən əllə yalnız bayraqla onların üzərinə gəlməyinə tam əmin olub onu əsir götürür.Natiqin əllərindəki üçrəngli bayrağı yerə atmağ əmrini verirlər, o isə bayrağımızı bu əmrdən sonra daha bərk bərk qucaqlayıb son dəfə ətrini iyləmək qərarına gəlir. Düşmən ermənilər bir birilərinə baxaraq bu mənzərəni xainlikdən qəbul etməyərək Ona işgəncələr verməyə başlamış. Bu mühasirə müddətində baş verənlər çox böyük təəccüb doğurduğundan artıq bunlardan xəbər tutan Rusiya mətbuatı Ağdama Öz hərbi jurnalistini də göndərirlər. Çünki bu misilsiz şücaət artıq qüdrətli Rusiya dövlətinin də diqqətini çəkmişdir, ki yəni soydaşını və bsyrağını buqədər eyni sevgi ilə sevən insan ola bilərmi? Bütün bu qeyd edilənləri həmin vaxt oraya ezam olunmuş həmin hərbi jurnalist "Огонек "jurnalında da fotoşəkillərlə silsilə yazılar dərc etdi.
Çox təəssüf ki, hələ də Natiq Qasımov haqqında onun doğulduğu Azərbaycan tərəfə bugünədək bir xəbər məlumat vermirlər.Elə bu nöqteyi -nəzərdən də Natiq Qasımov  haqda  Hal hazırda    film çəkmək qərarına da gəlmişlər. Filmin çəkilişinə isə beynəlxalq səviyyədə müasir  Dron texnoloji avadanlıqlarından da istifadə edərək bir neçə avropa kinematoqrafiya ittifaqından da aktyor və mühəndis heyəti cəlb edilib.
Görünür bu gənc azərbaycanlı həmyerlimizin hərb tarixində göstərdiyi şücaət  artıq bir neçə dünya xalqlarının kinorejissorları və Beynəlxalq təşkilatlarının da diqqətini cəlb etmişdir.
İnanırıq ki, bu tarixi ekran əsəri işıq üzü gördükdən sonra obraz Natiqi yox, əsl Natiq Qasımovu 25 ildir göz yaşı ilə həsrətlə gözləyən doğmaları və yaxınları onun haqqında bir məlumat əldə edəcəklər.
Bugün çox böyük qürurverici hisslərlə onun adına yaşadığı Mingəçevir şəhəri Energetik qəsəbəsində təşkil  Xatirə bulağı da təşkil olunaraq bir Ziyarətgah məbədi də qurulmuşdur. Hər il olduğu kimi bu ilin 9noyabr Bayraq günündə onun həmyerliləri Natiqi onun rəsmi həkk olunmuş bu məbəddə tək qoymadı. Onun doğmalarndan olan Əli, bu bayram günündə həmyerlilərindən birneçəsi olan Elnur, Turan, İsmayıl, Səbuhi , Nəsi və digər yoldaşlar buraya toplaşaraq onun haqqında şanlı təəssüratlarını bölüşərək gələn nəslə bu barədə bilgilər çatdırdılar.
Hələ neçə illər, qərinələr,  Əsrlər keçsə də bu bayrağın mənsub olduğu Azərbaycan adlı Qəhrəman mübariz bir yurdun oğulları yenə doğulacaq Tarixin şanlı səhifələrinə qızıl hərflərlə düşəcək.
Və bir daha inanırıq ki, artıq Vətənimizdə və onun hüdudlarından kənarda da Bayraq adını almış Natiq Qasımov haqqında  tezliklə şad xəbəri eşidəcəyik!
 Biz buna əminik!

Xəyyam Qurbanlı.



3518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___