Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Səfirliyin beynəlxalq təşkilatın bəyanatına dəstək verməsi absurddur”
Tarix: 22-10-2019 | Saat: 11:51
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual | çapa göndər

“Səfirliyin beynəlxalq təşkilatın bəyanatına dəstək verməsi absurddur”

"ABŞ səfirliyinin dünən yaydığı bəyanat beynəlxalq hüquq çərçivəsinə sığmır və yolverilməzdir".
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Trend agentliyində məlumat dərc olunub. Bildirilir ki, hər hansı bir diplomatik nümayəndəlik fəaliyyət göstərdiyi ölkədəki ayrı-ayrı daxili proseslərə qiymət verə bilməz və bu, birbaşa həmin dövlətin daxili işinə qarışmaq deməkdir:
"Çox maraqlıdır ki, ABŞ səfirliyi bu bəyanatında Avropa İttifaqının bəyanatına dəstək verdiyini bildirmişdir. Bu da heç bir məntiqə uyğun deyil. ABŞ Avropa İttifaqının üzvü deyil və hansısa bir səfirliyin beynəlxalq təşkilatın bəyanatına dəstək verməsi absurddur. ABŞ səfirliyinin bəyanatında göstərilən dırnaqarası faktların heç bir əsası yoxdur və ABŞ səfirliyi Azərbaycan hökumətini araşdırmalar aparmağa çağırması ilə özünü sanki beynəlxalq arbitr rolunda görür. Yaxşı olardı ki, ABŞ səfirliyi öz ölkəsində vüsət alan polis zorakılığı faktlarına münasibət bildirsin.
ABŞ-da mütəmadi olaraq polis zorakılığı, dinc nümayişçilərə qarşı həddən artıq güc tətbiqi halları baş verməkdədir. Ümumilikdə ABŞ polisinin hərbiləşdirilməsi ABŞ ictimaiyyətində ciddi narahatlıqlar doğurur. ABŞ-da polis qüvvələrinin dinc nümayişə çıxan insanlara qarşı gözyaşardıcı qaz, dəyənək, rezin güllələrdən istifadə etmələri adi hala çevrilmişdir. Təkcə Ferqyuson hadisələrinə nəzər salmaq kifayət edər. ABŞ polisinin nümayişçilərə qarşı zorakılıqları, dinc etirazçılara qarşı əlavə hərbi hissələrin cəlb olunması, hətta komendant saatının tətbiq edilməsi kimi faktlar ABŞ-ın Azərbaycandakı səfirliyinin diqqətindən qaçmamalıdır. Avropa İttifaqının bəyanatına dəstək nümayiş etdirən səfirlik bilməlidir ki, Avropada dinc nümayişlərin polis qüvvələri tərəfindən necə qəddarlıqla yatırılması faktları bu gün dünyanın gözü qarşısında baş verir. ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının müvafiq qurumları ilə bu faktlara öz reaksiyalarını versəydilər, daha yaxşı olardı.
Azərbaycan müstəqil dövlətdir, hər hansı bir ölkənin və ya diplomatik nümayəndəliyin ölkəmizin daxili işlərinə qarışmasını yolverilməz hesab edirik".


Xəbəri paylaş

5098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___