Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
Tarix: 20-10-2019 | Saat: 20:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / İdman | çapa göndər
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.
Bu gün onlardan daha biri - Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.
Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Yeniyetmələr arasında Avropa birinciliyinin üç qat qalibi olan Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağır atletimizin son bir ildə ikinci medalı oldu.
Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.
Xəbəri paylaş
4908 dəfə oxunub.
Digər xəbərlər

15-08-2015, 13:10
22 yaşlı gənc özünü asdı
30-07-2018, 19:35
Prezident bu universitetə rektor təyin etdi - 2 sərəncam, 5 fərman
13-07-2015, 14:21
Lənkəranda yeni Olimpiya İdman Kompleksi tikilir
15-12-2017, 11:44
Əgər şeytan olmasaydı, insan günah edərdimi?
29-10-2018, 12:41
Şəki-Kiş avtomobil yolunun açılışı oldu
21-01-2022, 11:00
Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər?
25-05-2023, 11:20
Azyaşlı qızlar niyə evdən qaçır? - “Hələ də insanlar anlamır ki..."
30-06-2016, 20:38
AZƏRBAYCANLI APARICI OD PÜSKÜRDÜ: “OTURUB BOŞ BOŞ DANIŞMAYIN.....”